Əminə (Əminə xanım) Mahmudovna Sırtlanova (frans. Amina Hanum Syrtlanoff, doğulanda Şeyxəliyeva və ya Şeyx Əli soyadını daşıyırdı; ) — ictimai xadim, mərhəmət bacısı, teosof, Le Droit Humain Ordenin 840 nömrəli "Avrora" adlı Paris mason lojasının möhtərəm ustadı.
Bioqrafiya 1884-cü ildə general-mayor Mahmud Maqomedoviç Şeyx Əlinin (Şıxəliyev) və mülkədar Magiparvaz Şeyxəliyevanın (qız soyadı Alkina) ailəsində anadan olub. Fəxri ümdə özdəni, podpolkovnik, Stavropol quberniyası müsəlman xalqlarının baş məhkəmə məmuru Dövlət-Mirzə Şıxəliyevin (Şeyx Əli) qardaşıqızıdı, eləcə də tanınmış ictimai xadimləri İbniamin Alkinin və Seid Girey Alkinin bacısıqızıdı.
III Rusiya Dövlət Dumasının deputatı Galiaskar Syrtlanovın həyat yoldaşı idi. Onun 1912-ci ildə faciəli ölümündən sonra ictimai həyatda fəal iştirak etməyə başlamışdı. "Petroqradsk müsəlman maarifçilik cəmiyyətinin" sədri olub Ямаева Л. А. Мусульманский либерализм начала XX века как общественно-политическое движение. Уфа, Гилем, 2002, с. 209–210 və "Petroqrad və Ufadan olan savadlı müsəlmanlar arasında geniş nüfuza" malik idi.↑ Ахмедзаки Валиди Тоган. Воспоминания. Книга I, Уфа, Китап, 1994. с. 162.
Birinci Dünya müharibəsi başlayandan sonra, cəbhəyə kömək üçün müsəlman xeyriyyə cəmiyyətinin birləşdirməyə çalışan Rusiya müsəlman ictimai təşkilatlarının Mərkəzi komitəsinin üzvlərindən biri olub.↑ Ямаева Л. А. Мусульманские благотворительные общества начала ХХ века.//Ватандаш, 2013, № 7. 1916-cı ilin yayında qabaqcıl mövqeyə göndərilən Rusiya müsəlmanlarının sanitar dəstəsinə başçılıq edib.
Rus İnqilabından sonra Sırtlanova Finlandiyaya mühacirət etdi. Orada yerli tatar icmasının yaradılmasında iştirak etmişdir. Bu müddət ərzində o, Fin teosofları ilə əlaqə saxlayır və Fin mətbuatında musiqi müəllimi kimi xidmətlərini reklam edir. Sırtlanova müxtəlif dərnəklərə İslam dini haqqında təqdimatlar etdi; o, "Məhəmməd peyğəmbərin nüfuzunu şübhəli qərblilərə təmizləmək" istəyirdi".Antero Leitzinger: Suomen tataarit — Vuosina 1868–1944 muodostuneen muslimiyhteisön menestystarina. East-West Books Helsinki, 2006. ISBN 9789529959228Zinnetullah Ahsen Böre: Finlaniya Cemaati Islâmiyesin kurmaya muvaffak olsakta Fin-Türk mektebin açmaya neden muvaffak olmadık? / Olemme onnistuneet perustamaan seurakunnan, mutta miksi emme ole onnistuneet perustamaan suomalais-turkkilaista kansakoulua? (Tampere, 1943)
Sonra o, Fransanın Paris şəhərinə mühacirət etdi.. 1926–1939-cu illərdə rus və fransız teosofiya cəmiyyətlərində məruzələri ilə çıxış edirdi. 1933–1935-ci illərdə idarə heyətinin müavini, 1935-ci ildən sonra Fransada Y. Vrevsikiyin adına Rus mərhəmət bacıları ittifaqının idarə heyətinin üzvü olmuşdur. 1921-ci ildən 1939-cu ilədək Le Droit Humain (İnsan Hüququ) adlı vətəndaş hüquqlarının və qadınların azadlıqlarının müdafiəsi ilə məşğul olan ordeninin üzvü olmuşdur. Сайт Ложи "Новый Свет" № 1989, Масонский Смешанный Международный Орден LE DROIT HUMAIN (Право Человека). Русская интермедия: ложа Аврора (1927–1945) 1929-cu ildə bu ordenə daxil olan "Avrora" rusdilli mason lojasının möhtərəm ustadı oldu. Almanlar Fransanı işğalı edəndən və ölkənin ərazisində bütün mason lojaların bağlanışından↑ Берберова Н.. Люди и ложи. Русские масоны ХХ столетия. Москва: Прогресс-Традиция, 1997. sonrakı taleyi məlum deyil.
İstinadlar
Kateqoriya:Fransada vəfat edənlər Kateqoriya:Rusiya müsəlmanları