() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Ortasaylı, yerli aborigen növdür.
Xarakterik morfoloji əlamətləri Yanaqları pulcuqlarla tam örtülüdür. Bədənin yan tərəflərində boz və ya zeytuni rəngdə ləkələr olur. Bu ləkələr köndələn, bəzən çəpəki zolaqlar əmələ gətirir. Şirin su balığıdır. Azərbaycan sularında ovlanan durnabalıqlarının iri fərdlərinin uzunluğu 80 sm-ə, kütləsi 5 kq-a çatır.
Yaşayış yeri və həyat tərzi Bütün şirin sularda, çay və göllərdə, bəzən şortəhər sularda yaşayır. Azərbaycanda əksər fərdləri 5–6 ilə qədər yaşayır. Cinsi yetkinliyə 2–3 yaşında çatır. Erkən yazda bir dəfəyə kürü tökür. İnkubasiya dövrü 10 gün çəkir. Adətən gecələr kürü verir. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü, sürfə, körpə və yetkin fərd şəklində olur.
Yayılması və Sayı Azərbaycanda bir növlə təmsil olunmuşdur. Azərbaycanda Aşağı Kür hövzəsində, Mingəçevir su anbarında, Dəvəçi limanında, Kiçik Qızılağac körfəzində və Azərbaycanın cənub zonasından axan çayların aşağı axarlarında yayılmışdır. Ortasaylıdır, su hövzələrində ekoloji şəraitin pisləşməsi və intensiv ovlanması ehtiyatına təsir edir.
Cinsi statusu və çoxalma xüsusiyyətləri Erkən yazda kürü tökməklə çoxalır. Azərbaycanda məhsuldarlığı 4.8 minlə 116.7 min ədəd kürü arasında dəyişir. Orta hesabla 62.5 min ədəd kürü verir. Yetkin fərdlər demək olar ki, hər il çoxalmada iştirak edirlər.
Qidalanması Yırtıcı balıqdır, körpələri plankton və bentik orqanizmlərlə, iri fərdləri isə əsasən balıqlarla qidalanır. Hannibalizm (öz balalarını yemək) hadisəsi də müşahidə edilir.
Düşmənləri Digər yırtıcı balıqlar və balıqyeyən quşlar, balıq parazitləri.
Biomüxtəliflikdə rolu Biomüxtəlifliyin bir kompanentidir. Körpələri digər yırtıcı balıqların qidasını təşkil edir. Su hövzələrində daha çox parazitlə yoluxmuş canlıları yeməklə təbiətdə sanitar rolunu oynayır.
İnsan həyatına təsiri Ekoloji əhəmiyyəti müəyyənləşdirilməyib. Əmtəə keyfiyyətinə malikdir. Qiymətli vətəgə balıqlarını və onların körpələrini yeməklə balıqartırma təsərrüfatlarına ziyan verir.
Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri Su hövzələrinin çirkləndirilməsinə qarşı mübarizə aparılmalıdır, ehtiyatı və ovlanması tənzim olunmalıdır.
Növün qeydiyyat göstəriciləri Azərbaycan ETBTI İxtioloji muzeyi, AMEA Zoologiya İnstitutu ixtiologiya laboratoriyasının kolleksiya fondu.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1758-ci ildə təsvir edilən balıqlar Kateqoriya:Rusiya balıqları Kateqoriya:Xəzər dənizi balıqları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Haloarktik fauna Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Danimarka balıqları Kateqoriya:Belçika balıqları Kateqoriya:Rumıniya balıqları Kateqoriya:Ukrayna balıqları Kateqoriya:Fransa balıqları Kateqoriya:Almaniya balıqları Kateqoriya:Norveç balıqları Kateqoriya:Niderland balıqları Kateqoriya:Estoniya balıqları Kateqoriya:Çexiya balıqları Kateqoriya:Macarıstan balıqları Kateqoriya:ABŞ balıqları Kateqoriya:Slovakiya balıqları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:Sənaye balığı