() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Hündürlüyü 30-65 sm olan bitkidir. Soğanağı qismən iri, yumurtaşəkilli, eni 1,5-3 sm olub, bayır tərəfinin çox hissəsi ağ pərdəşəkilli, şəffaf və ya qonur rəngli qurumuş qınla örtülüdür. Gövdəsi düz, dəyirmi, çılpaq, içi boş, möhkəm və yarpaqlardan uzundur. Yarpaqları ensiz-neştərvaridir, qismən novşəkillidir, eni 4-6 mm-dir və gövdədən qısadır. Çiçək qrupu çoxçiçəklidir, uzunluğu 10-25 sm-dir. Çiçəkləri qismən uzun saplaq üzərində yerləşmişdir; aşağı hissədəki saplaqlar yuxardakılardan qısadır; çiçəkləmə dövründən sonra saplaq çiçək qrupunun oxuna doğru qismən sıxılır. Çiçək qrupunun uzunluğu 10 25 sm-dir. Çiçəkaltlıqları çiçək saplağından qısadır, neştərvaridir, sivriləşmişdir və ağ pərdəvaridir. Çiçək yanlığının yarpaqcıqları uzunsov-xətvari və ya uzunsov-neştərvaridir, kütdür, arxa hissəsi ağ rəngdə olub, üzərində yaşıl zolaqları vardır və uzunluğu 10-12 mm-dir. Erkəkcikləri uzunluğuna görə çiçəkyanlığının uzunluğunun yarısına bərabərdir. Qutucuq yumurtaşəkilli olub, qismən üç tillidir. İyun-iyul aylarında çiçəkləyir.
Azərbaycanda yayılması Azərbaycanın bütün rayonlarında. Ovalıqdan, orta dağ qurşağına qədər.
Yaşayış mühiti Meşə kənarında,kolluqlarda, bağlarda, əkin sahələrində, otlu yamaclarda rast gəlinir.
Təsərrüfat əhəmiyyəti Soğanaqları qızarmış və marinad olunmuş halda qidada istifadə olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Yeməli vəhşi bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları