Hüseyin bəy Behbud bəy oğlu Mahmudbəyov — Zəngəzurun qəza rəisi (1919), repressiya qurbanı. Həyatı Hüseyn bəy Behbud bəy oğlu Mahmudbəyov 1874-cü ildə Şuşada əsilli ailədə anadan olmişdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şəhər məktəbində oxumuşdu. Daha sonra Şuşa qəza idarəsində 2-ci dərəcəli dəftərxana xidmətçisi kimi işə başlamışdı. Tərcüməçı və pristav vəzifələrini də daşımışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əvvəlcə Zəngəzur və Cəbrayıl-Karyagin (indiki Füzuli rayonu) qəzalarında böyük köməkçi, sonra isə qəza rəisi vəzifəsində çalışmışdır.
1919-cu il yanvarın 15-də Qarabağ General-Qubernatorluğu yaradılan zaman, general-qubernator Xosrov bəy Sultanovun köməkçisi (müavini ) vəzifəsinə təyin olunmuşdu (digər köməkçi erməni Qriqori Kələntərov idi...). H. Mahmudbəyov bu vəzifədə AXC-nin süqutunadək xidmət etmişdi.Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra vəzifədən kənarlaşdırılaraq, bir müddətdən sonra həbs olunan Hüseyn bəy Mahmudbəyov naməlum şəraitdə güllələnmişdi.İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri - Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920 Bakı – Mütərcim – 2013
İstinadlar
Həmçinin bax Mahmudbəyovlar
Kateqoriya:Mahmudbəyovlar Kateqoriya:Cəbrayıl qəzasının rəisləri Kateqoriya:Zəngəzur qəzasının rəisləri Kateqoriya:Repressiya qurbanları