Tom Kruz (tam adı: Tomas Kruz Meypoter 4-cü; ) — tanınmış amerikalı aktyor və film prodüseri. 3 dəfə "Qızıl Qlobus" mükafatı laureatı, 3 dəfə "Oskar" mükafatı nominantı olub, kinemotoqrafiyaya töhfəsinə görə "Oskar" mükafatı laureatı.

Həyatı Tom Kruz 3 iyul 1962-ci ildə Nyu-York ştatının Sirakyus şəhərində anadan olub. Tom ailədə 3-cü uşaqdır, onun 3 bacısı var. Onun anası aktrisa, atası isə mühəndis olub. Tomun 12 yaşı olanda valideynləri ayrılıblar. Artıq 14 yaşında o, Kanada və ABŞ-də 15 məktəb dəyişmişdi. Kruz aktyor kimi karyerasına 1981-ci ildə "Sonsuz sevgi" filmi ilə başlamışdır. Artıq 1983-cü ildə o, baş rolu oynadğı "Riskli biznes" filmi ilə uğur qazanıb.

Mimi Rodcerslə 1-ci evliliyi sonlandıqdan sonra, Nikol Kidmanla 9 il 11 ay davam edən birlikdəliyi başlayıb. Kidmanla Kruzun evliliyindən övladlığa götürdüyü qızı İzabella Ceyn və oğlu Konor Entoni olub. Nikola Kidmandan sonra Penelopa Kruzla da münasibəti olmuş və 2004-cü ildə sona çatmışdır. Daha sonra 2006-cı ildə İtaliyada Keti Xolmsla evlənmişdir. Bu evlilikdən cütlüyün Suri adlı qızı var. Kruzun bu evliliyi də əbədi olmayıb və 2012-ci ildə Ketidən də ayrılıb. Tom Kruz üç həyat yoldaşından boşananda onların üçünün də 33 yaşı var idi.

Filmoqrafiya

Top Qan (1986) Yağış adam (1988) Vampirlə müsahibə (1994) Qeyri-mümkün missiya (1996) Geniş bağlanmış gözlərlə (1999) Maqnoliya (1999) Qeyri-mümkün missiya 2 (2000) Vanilli səma (2001) Sonuncu samuray (2003) Qeyri-mümkün missiya 3 (2006) Günün cəngavəri (2010) Qeyri-mümkün missiya: Fantom protokolu (2011) Oblivion (2013) Gələcəyin həddi (2014) Qeyri-mümkün missiya: Quldurlar qəbiləsi (2015) Mumiya (2017) Qeyri-mümkün missiya: Əks-təsir (2018) Top Qan: Meverik (2022) Qeyri-mümkün missiya: Ölümcül hesablaşma. 1-ci hissə (2023)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Ginnesin Rekordlar Kitabına düşənlər Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Tom Kruz Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Saturn mükafatı qazanmış filmlər