Müqəddəs Ruhani İohann kilsəsi () və ya sadəcə Müqəddəs İohann kilsəsi () — Makedoniya Respublikasının Oxrid bələdiyyəsinin Kaneo sahilindəki dik qayalıq üzərində, Oxrid gölünə yaxın bir ərazidə yerləşən Makedon Şərqi-Pravoslav kilsəsi. Müqəddəs və Həvari İohanna İohannın şəxsiyyətinə aid müxtəlif görüşlər üçün İohannın İncili səhifəsinə baxın. həsr olunan kilsənin tikdirildiyi tarix barədə heç bir məlumat yoxdur, kilsə əsərlərinin yazıldığı tarix barədə araşdırma nəticəsində 1447-ci ilin əvvəllərində tikilmiş ola biləcəyi qənaətinə gəlinir. Arxeoloqlar kilsənin Osmanlı İmperiyasının yüksəliş dövründən qısa bir vaxt əvvəl (XIII əsr) inşa edilmiş ola biləcəyini də düşünürlər. 1964-ci ildə həyata keçirilən bərpa işləri zamanı qübbəsində yerləşən bəzi fresklər kəşf edilmişdir.

Tarixi Çarpaz-qübbəli-kilsə sxeminə malik olan kilsə, xaçvari bir formaya malikdir. Tikilinin memarı bilinmir. XX əsrdə taxta bir ikonostasis əlavə edilən kilsənin apsisi yenə eyni əsrdə 20 ayrı Müqəddəs ruhun təsvirlərini nümayiş etdirən bir şəkil cədvəli ilə bəzədilmişdir. Apsisin mərkəzində Bakirə Məryəmin təsviri var. Tikilinin qübbəsinə isə şərqi-pravoslav kilsələrində tez-tez təsvir edilən Məsih Pantokrator təsvir edilmişdir. Kilsədə həmçinin Oxridli Müqəddəs ruhların və dini xadimlərin (Məsələn: Müqəddəs Klement ; Müqəddəs Erasmus və dini xadim olan Konstantin Kabasilas)The Saints of Ohrid () — ohrid.org.mk. ()Church "St. John at Kaneo" () exploringmacedonia.com () təsvirləri də mövcuddur.Müqəddəs İohann - Kaneo ()

Qalereya

İstinadlar

Ədəbiyyat Latouret, Kennet Skot, 1975. A History of Christianity (), I Cild, "Beginnings to 1500" (). Yenidən işlənmiş buraxılış. (San Fransisko: Harper Kollins) Kristofer Şönbörn, Lothar Kraux, 1994. God's Human Face: The Christ Icon (). İlk olaraq Icôn du Christ: Fondements théologiques élaborés entre le Ie et IIe Conciles de Nicée () (Friburq) 1976

Mədəniyyətdə Kilsə və zəngin interyeri 1994-cü ilin əvvəllərində Venesiya Film Festivalında Qızıl Aslan ilə mükafatlanan Before the Rain () adlı filmdə geniş şəkildə yerləşdirilmişdir.

Xarici keçidlər Teoloq Müqəddəs Con kilsəsi — Kaneo ()

Kateqoriya:Şimali Makedoniya kilsələri Kateqoriya:XV əsrə aid kilsələr