Serb Respublikasında turizm olduqca zəngin təbiəti və görməli yerləri hesabına böyük perespektivə sahibdir. Burada dağ turizmi, spa-turizmi və ekoloji turizm inkişaf etmişdir. Burada Aralıq dənizi iqlimindən tutmuş mülayim-kontinental iqlimə rast gəlmək mümkündür. Müvafiq olaraq birinci iqlim Herseqovina, ikinci iqlim tipi isə respublikanın şimalına xasdır.

Təbiət gözəllikləri Ərazisində bir sıra alp dağlarına aid zirvələr vardır: Zelenaqora, Treskavisa, Yaxorina, Romaniya, Qrmeç, Kozara, Ozren və s. Onların böyük hissəsi zəngin meşələrlə örtülüdür. Yaxorina dağında xizək eniş zolağı vardır. Burada hətta 1984-cü ildə qış olimpiya oyunları keçirilmişdir. Buradan axan çaylar əhəng daşı suxurlarından keçdiyindən gözəl mənzərələr əmələ gətirir. Ən gursulu çayları Una, Sana, Brbas, Ukrina, Drina və Taradır. Bu çaylar zəngin balıq ehtiyyatlarına sahibdirТуризам у Српској , Приступљено 14. 8. 2015..

Təbiətinin digər gözəlliyi isə onun zəngin heyvanlar aləminə sahib olmasıdır. Burada maral, qaban, tülkü, dovşan, çöl ördəkləri və kəkliklərə rast gəlmək olur. Bu canlıların böyük əkrədiyyətin Balkan yarımadasının bu hissəsində qışlayırlar. Mrakovisa dağının zirvəsində müharibə qurbanlarının şərəfinə memorial abidə qoyulmuşdur.

Serb Respublikasının ərazisində «Suteçka» Milli parkı yerləşir. Burada min illik meşənin ərazisi 1291 ha-dırТуристичка организација Републике Српске , Приступљено 23. 4. 2013.Стање прашума Лом и Јањ у другој половини -{XX}- вијека, Приступљено 23. 4. 2013.ПРЕГЛЕД ФЛОРЕ ПРАШУМСКОГ РЕЗЕРВАТА „ЛОМ“, Приступљено 23. 4. 2013.Презентација општине Дринић , Приступљено 23. 4. 2013.. Park onun ərazisindən axan eyni adlı çaydan almışdır. Çay Zelenqora, Leliya, Maqliç və Voluyka dağları arasından axır.

Respublikanın ən böyük şəhəri Banya-Lukadır. Bura inzibati, iqtisadi və təhsil mərkəzi rolunu oynayır. Burada məşhur Balkan pendiri istehsal edilir. Kastel qalası şəhərin ən qədim tikilisidir. Resspublikanın ən cənub şəhəri Trebinedir. Srbas şəhərində isə Bardaça adlı quş qoruğu vardır.

Herseqovinanın ən görməli yerləri kilsə və monastrlardır. Onlar milli qoruma altındadır. Monastır Tvrdoş və Dobriçevo XV əsr, Lovnisa isə XIII əsrə aiddir.

Statistia

İllərə görə turistllər İl Ümumi turistlər Cavabdehlər Xaricilər 2006 191 934 118 997 72 937 2007 222 729 132 057 90 672 2008 241 145 139 961 101 184 2009 226 957 133 047 93 910 2010 236 286 141 201 95 085 2011 237 794 140 405 97 389 2012 241 214 139 239 101 975 2013 253 653 140 886 112 767 2014 260 160 141 898 118 262 2015 294 781 158 571 136 210 2016 323 908 166 063 157 845

Xarici ölkə turistləri 2016-cı ilə oln məlumat: YerÖlkəTuristlər1 45 2092 19 594 3 16 7014 16 3755 5 5646 5 5277 4 8988 4 754 9 3 21710 və 2 253Digərləri 33 753

Qalereya

İstinadlar

Mənbə

Serb Respublikasındakı turizm təşkilatı