() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 15-35 sm, gövdəsi düz və yaxud əyilib qalxandır, yarpaqlar parlaq, çılpaq, qonurtəhər, daha sonra qızarandır. Kökətrafı yarpaqları uzun saplaq üzərindədir, aşağı gövdə yarpaqları görünüşünə görə böyrəkşəkillidir, hissələri əksinəyumurtaşəkillidir, yuxarı hissədə dəyirmiləşmiş və dayaz dairəvi dişlərə kəsilmişdir; yarpaq ayası üst tərəfdən və kənarlardan basıq tüklüdür, daha sonra qızarandır. Yalançı zoğları neştərvaridir, sivriləşmişdir. İkiçiçəkli çiçək saplağının uzunluğu 2-4 sm-dir, meyvə vermə dövründə əyilmiş şəkildə olur. Ləçəkləri çəhrayı rənglidir, əksinəyumurtaşəkilli-uzunsovdur, təpə hissədə dəyirmiləşmişdir. Meyvəsinin tayları arxa tərəfdə torvari qırışlıdır. Toxumları hamardır. Aprel-iyun aylarında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir.

Azərbaycanda yayılması Böyük Qafqazda (Quba), BQ şərq, BQ qərb, Kür düz (qərb), KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. dağ. Orta dağ qurşağına qədər.

Yaşayış mühiti Çay sahilində, çaqıl daşlı, rütubətli və qaranlıq yerlərdə rast gəlinir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları