Hadisələr 1 yanvar - Farer adaları ilə ticarət sahəsində inhisarın ləğv edilməsi. 18 fevral - Osmanlı sultanı tərəfindən islahatların keçirilməsi haqqında yeni fərmanın verılməsi. 25 fevral - Krım müharibəsinin (1853-1856) yekunlarının müzakirəsi ilə bağlı Paris konqresinin fəaliyyətə başlaması. 26 fevral - Kosta-Rika konqresi tərəfindən ölkə prezidenti Xuan Rafael Mora Nikaraqua əleyhinə gözlənilən müharibə ilə əlaqədar fövqəladə səlahiyyətlərin verilməsi. 1 mart - Kosta-Rika tərəfindən Vilyam Uokerin idarə etdiyi Nikaraquaya müharibə elan edilməsi. 20 mart - Kosta-Rikanın ordusu tərəfindən Santa-Rose tərəfindən Uokerin dəstələrinin darmadağın edilməsi. 30 mart: Krım müharibəsinin yekunlarına dair Paris sülh müqaviləsinin imzalanması. Paris sülh müqaviləsi çərçivəsində Rusiya imperiyası, Fransa və Böyük Britaniya arasında imzalanmış birinci Aland konvensiyasına əsasən Rusiyanın ona məxsus olan Aland adalarında heç bir istehkam qurğusu yaratmamaq öhdəliyini öz üzərinə götürməsi. 16 aprel - dəniz müharibələri haqqında Paris bəyannaməsinin imzalanması. 11 aprel - Rivas yaxınlığında Kosta-Rika və Nikaraqua orduları arasında döyüşün baş verməsi. İngilis ixtiraçısı Q.Bessemer tərəfindən maye çuqundan polad və dəmir alınması üsulunun ixtira edilməsi.

Doğumlar 10 iyul - Nikola Tesla, serb əsilli ABŞ alimi və ixtiraçısı 26 iyul - Corc Bernard Şou, irland əsilli Böyük Britaniya yazıçısı, dramaturq 16 oktyabr - Səməd bəy Mehmandarov, Rusiya İmperator ordusunun generalı, Azərbaycan Xalq Cümhuriyyəti Hərb naziri 28 dekabr - Vudro Vilson, ABŞ prezidenti, siyasi və dövlət xadimi İsmayıl Fazil Paşa, türk əsgəri və siyasətçisi

Ölümlər 24 fevral - Nikolay Lobaçevski, rus riyaziyyatçısı və fiziki