Allahverdi Teymur oğlu Bağırov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi.
1992-ci ildə Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.
Erkən illəri Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprelin 22-də Azərbaycan SSR-in Ağdam şəhərində müsəlman ailəsində anadan olub. Ailədə beş qız övladından sonra dünyaya gələn ilk oğul olduğuna görə valideynləri onun doğulmasını Allahın bəxş etdiyi pay hesab edərək adını Allahverdi qoyublar. Bu ad "Allahın verdiyi" mənasını daşıyırdı. Atası Qubadlıdan, anası isə Şuşadan idi. Ata babası Allahverdi kişi 1918-ci ildə Qubadlıda baş vermiş erməni-müsəlman toqquşmalarında iştirak edib.
O, gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa dözməyən və davakar idi. Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Onda həmçinin gənc yaşlarından təşkilatçılıq istedadı vardı.
Futbol karyerası thumbnail|left|Allahverdi Bağırovun portreti 2014-15 Azərbaycan Kubokunun final oyununda
Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qorumuşdur. 1970-ci ildə Füzulidə "Qızıl sünbül" kubokunda "Ağdam" — "Cəbrayıl" oynunda, "Ağdam" klubunun kapitanı olmuşdur. 1976-cı ildə klubun baş məşqçisi təyin olmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub. Keçmiş futbolçu Müşfiq Hüseynov Allahverdi Bağırov haqqında bunu demişdir:
1991-ci ildə "Qarabağ" və "Neftçi" veteranları arasında keçirilən oyunda iştirak etmişdir. 1:1 başa çatan qarşılaşmada Ağdam klubunun qolunu Allahverdi Bağırov vurub.
Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı
thumb|right|Allahverdi Bağırov Mahir Cavadov və döyüş dostları ilə birgə
Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünümüdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilmişdir. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı.
1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdur. Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü olaraq ilk dəfə gedən onun qardaşı Eldar Bağırov oldu, sonra ermənilərlə həmsərhəd bütün kəndlərdə postlar yaradırdı.
1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradıldı. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon "Vətən oğulları" adlanırdı. Həmin ildə onun qardaşı Eldar, Bakıda olan Ali Sovetin iclasından qayıdarkən, yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilmişdir. Qardaşı Eldarın ölümündən sonra Bağırov saqqal saxlayırdı və batalyona rəhbərlik etmişdir.
thumb|left|Allahverdi Bağırovun çəkdiyi xəritə
1991-ci ilin avqust ayında Allahverdi Bağırov Rəhim Qazıyevın müdafiəsinə qalxaraq uşaqlıq dostu Cəfər İmaməliyevlə savaş həddinə gəldilər.Qarabağ döyüşçüsündən keçmiş müdafiə nazirinə Cəfərin açdığı atəş nəticəsində Bağırov ayağından yaralandı.
1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olmuşdur. Bu əməliyyata görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülmüşdür.Azərbaycanın Milli Qəhrəmanları. Bakı, Dərələyəz-M, 2010. səh. 160. 2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:
1992-ci il mayın 3-də ermənilər Bağırova məlumat vermişdilər ki, ayın 8-də Şuşa işğal olunacaq. O da həmin məlumatı bizim bütün dövlət qurumlarına çatdırmışdır. Həmin ay Bağırov qərargaha beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başladı.
Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olmuşdur. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv etmiş və 10 düşmən əsgərini əsir götürmüşdür.
Xocalı soyqırımı Onun, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid olmuşdu. Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənləyib torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı.
Səkkiz günlük erməni əsirliyində işgəncələrə məruz qalan Hüseynağa Aydın oğlu Quliyev:
Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu. Bağırov Xocalı faciəsindən həddindən artıq sarsılmışdı. Xocalı qadınlarını və qızlarını görəndən sonra özünə gələ bilmirdi. Xüsusən də 9 yaşlı qız uşaqının vəhşicəsinə ölümü ona pis təsir etmişdir.
2015-ci ildə telejurnalist Nadejda İsmayılovanın verdiyi müsahibədən:
Ölümü thumb|left|Allahverdi Bağırovun məzarı
1992-ci ilin 12 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşdü."Xocalıya hücum edəcəkdik, bizi satdılar…" Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə ilə birlikdə şəhid olmuşdur. Tankist Sevil Abbasovanın sözlərinə görə onu "ancaq sənədlərindən tanıya bildik."
Bağırov şəhid olanda Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılmışdı. Lakin müəyyən səbəblərə görə qardaşı Eldar Bağırovun yanında — Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakıdakı Şəhidlər Xiyabanında Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir neçə gün sonra şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dəfn edilmişdir.
2014-cü ildə futbolçu Elşad Xudadatovun verdiyi müsahibədən:
Şəxsi həyatı Ailəli idi, Elşən adlı oğlu, Aynur və Zümrüd adlı qızları var.
İrsi
1992-ci ildə komandir Mətləb Mustafayev onun adına Artilleriya divizionu yaratmışdı. Ağdamın Quzanlı qəsəbəsinin girəcəyində adına barelyef qoyulub. 12 iyun 2010-cu il tarixində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında onun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
31 may 2012-ci ildə Niderlandın Qroningen şəhərinin "Noorderlicht" rəsm qalereyasında holland fotoqraf Dirk Yan Visserin "Offsayd. Sürgündə olan futbol" adlı fotoşəkillərinin sərgisi və eyniadlı kitabın təqdimatı Allahverdi Bağırovun həyatından bəhs edir.
25 fevral 2014-cü ildə Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Allahverdi Bağırovun büstü ucaldılmışdır. Abidənin açılış tədbirində Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavinləri, İcra Hakimiyyətinin məsul işçiləri, deputat Madər Musayev, Milli Qəhrəmanlar Mirzə Quliyev və Bəxtiyar Allahverdiyev, fəal gənclər, hərbçilər, məktəblilər, ictimaiyyətin digər nümayəndələri iştirak edib. Həmin ilin iyun ayında Quzanlı qəsəbəsindəki Ağdam Dram Teatrında Allahverdi Bağırova həsr edilmiş "Qartal qamətli qəhrəman" sənədli filmlərinin təqdimat mərasimi keçirilmişdir.
"Qarabağ" futbol klubunun Ağdamda tikiləcək yeni stadionun qarşısında heykəli qoyulacaq.
Ədəbiyyatda Vahid Qazinin "Ruhlar şəhəri" kitabında İmarət stadionunda keçirilən oyunların təsvirində, Allahverdi Bağırovdan da bəhs olunur. 1 sentyabr 2014-cü ildə Makedoniya Respublikasında keçirilən Beynəlxalq "Struqa şeir axşamları" festivalında şair Akif Əhmədgil Allahverdi Bağırova həsr etdiyi "Ölümün qardaşlığı" şeiri oxumuşdur:
Filmoqrafiya Yazıçı Aqil Abbasın sözlərinə görə, "Dolu" filmindəki "Komandir" obrazı Allahverdi Bağırovun üzərində qurulmuşdur. Qartal qamətli qəhrəman (film, 2014) — (tammetrajlı sənədli televiziya filmi) 2019-cu il sentyabrın 26-da İctimai Televiziyanın "Heç kim unudulmur, heç nə yaddan çıxmır" verilişinin növbəti seriyası Allahverdi Bağırova həsr edilmişdir.
Təltif və mükafatları Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Sonradan Heydər Əliyevin fərmanı ilə Allahverdi Bağırov "Qızıl Ulduz" medalı ilə təltif olunmuşdur.
1992 — "General Məhəmməd Əsədov" mükafatı 1993 — Azərbaycanın Milli Qəhrəmanı 1998 — "Qızıl Ulduz" medalı
İstinadlar
Ədəbiyyat Sərdar Mehdiyev. "Ölməzliyə qovuşan igid" //Odlar yurdu.- 1992,- 16 iyul.- № 21.- səh. 2. Artur Huyzinqa və Dirk Yan Vizzer "Offsayd. Sürgündə olan futbol". Paradox, 2012. (paperback, ISBN 978-90-818876-0-1) Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 49–50.
Xarici keçidlər
"Atamın ölümündə qaranlıq məqamlar var" – Allahverdi Bağırovun oğlundan etiraflar (MÜSAHİBƏ+VİDEO) "Divarlar da, dəhliz də qan içində idi, hər tərəf qan iyi verirdi…" ƏSİR DÜŞƏRGƏSİ 36px|link=YouTube "Belə belə işlər"in Allahverdi Bağırova həsr etdiyi film...
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Ağdamda doğulanlar Kateqoriya:Ağdamda vəfat edənlər Kateqoriya:Ağdam Şəhidlər Xiyabanında dəfn olunanlar Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:"General Məhəmməd Əsədov" mükafatı laureatları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Ağdamda doğulmuş idmançılar Kateqoriya:Qarabağ FK məşqçiləri Kateqoriya:Ağdamlı futbolçular Kateqoriya:Azərbaycan milliyətçiləri Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları