Vayrakit Ca [AlSi2O6]2· 2H2O — monoklinik (psevdokubik) sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən
Xassələri Rəng – rəngsiz, ağ; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,26; Sərtlik – 5,-5,5; Ayrılma – qeyri-mükəmməl; Morfologiya – kristallar: ayrı-ayrı qabarıq tilli kristallar; İkiləşmə: {110} və {100} üzrə, mil şəkilli, polisintetik; Mineral aqreqatları: dənəvər.
Mənşəyi və yayılması Vayrakit kiçik temperatur intervalında (315-400°C) dayanıqlıdır və kalsium seolitləri içərisində ən yüksəktemperaturlu mineraldır. Fəal vulkanizm rayonlarında rast gəlir və müxtəlif hidrotermal dəyişilmiş effuziv süxurlar üzrə inkişaf edir. Plagioklazlar üzrə psevdomorfozalar kimi qələvi hidrotermlərin dəyişdirdiyi tufogen qumdaşlarında, brekçiyalarda və başqa süxurlarda qeyd edilir. Termal bulaqların təzahür etdiyi yerlərdə hidrotermal emanasiyaların məhsulu kimi tapılmışdır. Mineralın zəif metamorfikləşmiş tuflar və tufbrekçiyalar içərisində tapıntıları məlumdur. Birlikdə rast gəldiyi minerallar: natrolit, lomontit, mezolit, skoletsit, analsim, şabazit və b. Mineralın tapıldığı yerlər: Vayraki termal bulağı rayonu (Yeni Zelandiya); Yaponiya və b. Azərbaycanda Dağlıq Talışda aşkar edilmişdir.
İstinadlar
Mənbə Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
Wairakite
Kateqoriya:Seolitlər Kateqoriya:Alüminiumun mineralları Kateqoriya:Kalsiumun mineralları Kateqoriya:Monoklinik sinqoniya mineralları