Alacıdərə dağı — Culfa rayonu ərazisində dağ (hünd. 799,5 m). Arazın sol sahilində, Gülüstan (keçmiş Cuğa) kəndindən 1,2 km cənub-şərqdədir. Zirvəsi və cənub-şərq yamacı Orta Eosen yaşlı Dərəlik lay dəstəsinin, şimal-qərb yamacı isə Alt Eosen yaşlı Arısu lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli, submeridional istiqamətli Cuğa antiklinalının maili cənub-şərq qanadında yerləşir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Culfa rayonunun dağları