thumb|300px|Bentley şirkətinin logosu thumb|300px|Bentley S1
Bentley — ingilis lüks avtomobil istehsalçısı.
Tarixi Bentley İngiltərədə 18 yanvar 1919-cu ildə Walter Owen Bentley tərəfindən qurulmuşdur.Bentlynin ilk avtomobili (o, bu avtomobili F. Barces və Henri Varleylə birgə hazırlamışdı) 1919-cu ildə London avtosalonunda "3L" indeksi altında debüt etdi. 3 litr həcmə malik dörd silindrli mühərriki olan bu avtomobil dərhal avtomobil sənayesinin "şlyagerinə" çevrildi. Bentli bu avtomobilə 5 illik zəmanət verirdi ki, bu da o dövr üçün misli görünməmiş hal idi. Avtomobilin satışları durmadan artırdı və artıq Bentli hər gün səkkiz avtomobil buraxırdı.
Bentley markalı bütün avtomobillər yüksək keyfiyyəti, komfortluluğu, etibarlılığı ilə seçilir və məşhur "Rolls-Roys" avtomobilləri ilə bərabər səviyyədə rəqabət aparırdı.
1923-cü ildən başlayaraq Bentley avtomobilləri idman yarışlarında mütəmadi iştirak etdi. 1923-cü ildə Fransanın Le-Man şəhərində 24 saatlıq yürüşdə Bentley avtomobili dördüncü yeri tutdu. Bir il sonra Bentley birinci yerə çıxdı. 1927-ci ildən 1930-cu ilədək qələbələr seriyası bir-birini əvəz etdirdi və beləliklə Le Mans yarışlarında 6 birincilik qazandı. Radiatorunda qanadlı "B" hərfi olan Bentley avtomobilləri hamıya məğlubedilməz görünürdü. Amma sənaye böhranı ucbatından Bentli 1931-ci ildə şirkətin müflisləşdiyini elan etməyə məcbur oldu.Şirkətin 1931-ci ildə Rolls-Royce tərəfindən satın alındı.
1998-ci ilə qədər eyni texniki heyət ilə bir-birlərinə olduqca bənzəyən modellər təqdim etmişdir. 1998-ci ildə, Volkswagenə 430 Milyon Funta satılan Bentley; 2005-ci ildə 3654-ü ABŞ-a olmaqla, cəmi 8627 avtomobil satmışdır. Firmanın mərkəzi və zavodu Mançester yaxınlığındakı Çeşiredədir.
Modelləri thumb|200px|Bentley Continental Köhnə Modelləri 1933–37 3½-litre 1936–39 4¼-litre 1939–41 Mark V 1939 Mark V 1946–52 Mark VI 1952–55 R Type and Continental 1955–59 S1 and Continental 1959–62 S2 and Continental 1962–65 S3 and Continental 1965–80 T-series 1965–77 T1 1977–80 T2 1971–84 Corniche 1984–95 Continental 1992–95 Continental Turbo 1975–86 Camargue 1980–87 Mulsanne 1984–88 Mulsanne L 1982–85 Mulsanne Turbo 1987–92 Mulsanne S 1984–92 Eight 1985–95 Turbo R 1991–2002 Continental R l 1999–2003 Continental R Mulliner 1994–95 Continental S 1992–98 Brooklands 1996–98 Brooklands R 1994–95 Turbo S 1995–97 Turbo R 1995–97 Turbo RL 1996 Turbo R Sport 1995–2003 Azure 1999–2002 Azure Mulliner 1996–2002 Continental T 1999 Continental T Mulliner 1997–98 Bentley Turbo RT
Modern Modelləri 1998 – Arnage 1999 – Hunaudieres Concept 2002 – State Limousine 2003 – Continental GT 2005 – Bentley Continental Flying Spur (2005) 2006 – Azure convertible 2006 – Continental GT 2007 – Continental GT Speed 2008 – Bentley Brooklands 2008 – Bentley Continental Flying Spur 2009 – Continental GTC 2009 – Azure T 2009 – Arnage 2009 – Continental Supersports 2009 – Bentley Zagato GTZ 2010 – Bentley Mulsanne
Xarici keçidlər
Web Sayti
Kateqoriya:Birləşmiş Krallıq avtomobilləri Kateqoriya:Avtomobil markaları