400px|thumb|Apple II üzərində VisiCalc cədvəli nümunəsi

VisiCalc – fərdi kompüterlər üçün ilk elektron cədvəl. 1979-cu ildə Den Briklin (Dan Bricklin) və Bob Frenkston (Bob Frankston) tərəfindən Apple II fərdi kompüterləri üçün işlənib hazırlanıb. Tez-tez deyirlər ki, məhz Visicalc mikrokompüterləri əyləncə və hobbi alətindən işgüzar sənəd dövriyyəsi aparmaq üçün ciddi alətə çevirdi. Cəmi 6 il ərzində proqramın 700 000-dən çox nüsxəsi satılmışdı.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər VisiCalc proqramının tarixi haqqında

VisiCalc

Kateqoriya:Mikrokompüterlər Kateqoriya:Fəaliyyəti dayandırılmış proqram təminatları Kateqoriya:Apple Inc.