Tələt Mehdiyev (Tələt Rzaqulu oğlu Mehdiyev) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, əməkdar mədəniyyət işçisi, AMEA Fizika İnstitutunun İnformasiyanın qəbulu, saxlanması və işlənməsi şöbəsinin rəhbəri.

Həyatı Tələt Mehdiyev iyunun 4-ü 1944-cü ildə Bakı şəhərinin tarixi rayonu olan İçərişəhərdə, ziyalı ailəsində anadan olmuşdur. Bakı xanı Səlim xanın, Səlimxanovlar nəslinin davamçısıdır. 1962-ci ildə Bakı şəhəri Voroşilov rayonunun 6 saylı orta məktəbini bitirərək həmin il S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1970-ci ildə həmin fakültəni fizik ixtisası üzrə bitirmişdir. 1964-cü ildən, AMEA Fizika İnstitutunda işləyir. Tələt Mehdiyev 1977-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək, əvvəl fizika-riyaziyyat elmləri namizədi, sonra isə, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975-ci ildə, AMEA Fizika İnstitutunda İnformasiyanın qəbulu, saxlanması və işlənməsi şöbəsini yaradaraq onun rəhbəri olmuşdur. O, 2015-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Elmi əsərlərinin sayı- 121 Dil bilikləri - Azərbaycan, Rus, Alman və İngilis - sərbəst

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:İçərişəhərdə_doğulanlar