Hüseyn Abdulla oğlu Məmmədov (15 may 1906 — 31 may 1972) — qoyunçu, Sosialist Əməyi Qəhrəmanı (1949).
Həyat və əmək fəaliyyəti Hüseyn Məmmədov 15 may 1906-cı ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Şərur rayonu) Şahtaxtı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1934-cü ildə Kalinin adına kolxozda başlamış, 1972-ci ilə qədər bu kolxozda zootexnik, ferma müdiri və s. vəzifələrdə işləmişdir. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 24 iyun 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Hüseyn Məmmədov 31 may 1972-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir.Məmmədov Hüseyn Abdulla oğlu // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.
İstinadlar
Kateqoriya:Şərur rayonunda doğulanlar Kateqoriya:Naxçıvanda vəfat edənlər Kateqoriya:Qoyunçular Kateqoriya:Naxçıvanlı Sosialist Əməyi Qəhrəmanları