Qaraçay olistrostromu Rük kəndindən 2 km şimalda, çay dərəsinin hər iki sahili və yamaçlarında üzə çıxır və Cənubi-Şərqi Qafqazın şimal döşünün alt təbaşir "vəhşi" flişinin avtoxton argillitlərində stratifikasiya olunmuşdur. Olistostrom Siyəzən yarığı zonasında tektonik aktivliyin paroksizm anında Şahdağ-Beşbarmaq sədd rifinin ön hissəsinin uçma məhsuludur və özlüyündə Ağçay-Nəzirçay çayarasında 11–12 km uzanan sərt yatımlı (80o-yə qədər) monogen əhəngdaşı konqlomerat-brekçiyasından ibarət qalın (60–70 m) laya cavab verir.
Həmçinin bax Beşbarmaq qayası Şahdağ tektonik lövhəsi Gilgilçay olistoplakı Altıağac olistoliti Dərəköhnəbinə kəsilişi Qaraməryəm-Padar neotektonik qalxımı Yanardağ təpəsi
Mənbə "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013
Kateqoriya:Geologiya Kateqoriya:Geologiya terminləri