Cammu (yerli Urdu tələffüzündə جموں Cəmmun) — Hindistanın şimalında şəhər. Cammu və Kəşmir ştatlarının ikinci inzibati mərkəzi (qış paytaxtı).Cammu// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 179. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Əhalisi Əhalisi 651,8 min (2011; aqlomerasiyada 951,4 min).

Coğrafiyası Tavi çayı dərəsində, Himalay ön dağlığında, Dhaoladhar silsiləsinin ətəyində, 300–400 m yüksəklikdə yerləşir. Nəqliyyat qovşağı.

Memarlığı Raqhunath (Şimali Hindistanda ən böyük məbədlərdən biri), Ranbireşvar (75 m hündürlükdə qüllə ilə birlikdə) məbədləri, Bahu istehkamı (şəhərin ən qədim tikililərindən biri), maharacə sarayı (1820); universitet (1969), Doqra incəsənət qalereyası (1954) var. Ticarət-sənətkarlıq mər kəzidir. Kimya, ağac emalı, toxuculuq (ipək və yun parça istehsalı) sənayesi müəssisələri fəaliyyət göstərir. Metal emal edilir. Cammu yaxınlığında Vayşnodevi məbədi (hinduistlərin mühüm ziyarət mərkəzi) yerləşir.

Qalereya

Həmçinin bax Caypur

İstinadlar

Xarici keçidlər Cammu Britaniya Ensiklopediyasında

Kateqoriya:Hindistan şəhərləri Kateqoriya:Bölünmüş regionlar