Cammu və Kəşmir — 1947-ci ildən 2019-cu ilədək Hindistanın şimalında keçmiş ştat.Cammu və Kəşmir// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 179. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Tarixi Kəşmirin tarixi də qədimdir. Hələ eramızdan min illər əvvəl bu ərazilər insanlar tərəfindən məskunlaşdırılmışdı. Qədim İpək yolunun üzərində yerləşməsi səbəbindən Kəşmir və ətraf ərazilər böyük ticarət mərkəzinə çevrilmişdi. Kəşmirin paytaxtı Sriniqar o dövrdə bölgənin ən böyük ticarət, elm və mədəniyyət mərkəzlərindən hesab edilirdi. Eramızın əvvəllərindən başlayaraq, Kəşmirdə buddizm geniş yayılmışdı. X-XI əsrlərdən başayaraq, isə Kəşmirdə İslam sürətlə yayılaraq ölkənin əsas dinlərindən birinə çevrildi. Hazırda Kəşmirin şimalında müsəlmanlar, cənubunda induislər, şərqində isə buddistlər çoxluq təşkil edirlər.

Sahəsi Sahəsi 222,2 min km2 -dir.

Əhalisi Əhalisi 12,5 milyon nəfərdir(2011), tərkibi əsasən, kəşmirlilərdən ibarətdir.

Coğrafiyası İnzibati mərkəzi Srinaqar (qış paytaxtı – Cammu) şəhəridir. Ərazisini Qaraqorum və Qərbi Himalayın dağ silsilələri kəsir. Buzlaqlar var. Dağ yamacları iynəyarpaqlı və enliyarpaqlı meşələrlə örtülüdür. İqlimi subtropik, mussondur. Mühüm çayları Hind (qolu Kilkitlə) və Celamdır. Cammu və Kəşmirin bir hissəsi Pakistan hökuməti tərəfindən idarə olunur.

Kənd təsərrüfatı Ştatın iqtisadiyyatı kənd təsərrüfatına və turizmə (Şilimar bağları, hinduist ziyarətgahları) əsaslanır. İpəkçilik, balıq ovçuluğu, ixrac üçün kənd təsərrüfatı məhsullarının (meyvə, tərəvəz, dənli bitkilər, zəfəran) və kustar məmulatların (xalça və şal) istehsalı, ağac emalı (kriket toxmaqlarının hazırlanması), bağçılıq inkişaf etmişdir.

Həmçinin bax Cammu Caypur Baxarval (it cinsi)

İstinadlar

Xarici keçidlər Cammu və Kəşmir İcraedici orqanlarının rəsmi internet səhifəsi

Kateqoriya:Hindistanın ərazi mübahisələri Kateqoriya:Pakistanın ərazi mübahisələri Kateqoriya:Cammu və Kəşmir Kateqoriya:Bölünmüş regionlar Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:1954-cü ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1950-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1947-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Himalay Kateqoriya:Asiyada mübahisəli ərazilər