Subaru () yapon nəqliyyat konqlomeratı Subaru Corporation-ın (daha əvvəl Fuji Heavy Industries olaraq tanınmışdır) avtomobil istehsalı diviziyasıdır. Daimi tam ötürücüyə malik olan ilk markadır.

Subaru 2017-ci ildə dünya üzrə istehsalına görə iyirmi birinci ən böyük avtomobil istehsalçısıdır.

Subaru avtomobilləri əsasən 1.5L və daha böyük həcmə malik Bokser mühərriki istifadəsi ilə tanınır. Məşhur Simmetrik Tam Ötürmə konfiqurasiyası 1972-ci ildə tanıdılmışdır. Hər ikisi də 1996-cı ildən bəri əksər Subaru modellərində standart hala gəlmişdir.

Subaru avtomobilləri ənənəvi olaraq kiçik, lakin nisbətən daha sadiq alıcılar kütləsini cəlb edir. Şirkətin marketinqi əsasən özünə xas mühərrik və ötürmə konfiqurasiyasına malik istər yolsuzluq qabiliyyətli, istərsə də, idman tipli dizayna malik avtomobilləri ilə maraqlanan alıcıları hədəfləyir.

Subaru yapon dilindən Ülkər (ulduz topası) və ya "Yeddi Bacı" (hansı ki birinin görünməz olduğu deyilir, sırf bunun üçün Subaru loqosu 6 ulduzdan ibarətdir) üçün birbaşa tərcümədir.

Bu loqo, eyni zamanda Fuji Heavy İndustries-in yaranması üçün birləşmiş şirkətlərə istinaddır.

Tarixçə thumb|Ülkər ulduz topasını təsvir edən Subaru loqosunun ilkin variantı.|left|359x359px

Fuji Heavy Industries (FHI) və Subaru-nun ilk avtomobilləri. Fuji Heavy Industries 1915-ci ildə Çikuhey Nakacimanın rəhbərlik etdiyi Təyyarə Tədqiqat Laboratoriyası kimi fəaliyyətə başlamışdır. 1932-ci ildə şirkət Nakajima Aircraft Company olaraq yenidən quruldu və tezliklə İkinci Dünya müharibəsi zamanı Yaponiya üçün əsas təyyarə istehsalçısına çevrildi. İkinci Dünya müharibəsinin sonunda Nakajima bu dəfə Fuji Sangyo Co, Ltd. olaraq yenidən quruldu. 1946-cı ildə şirkət müharibədən qalma təyyarələrin ehtiyat hissələri ilə Fuji Rabbit skuterini yaratdı. 1950-ci ildə Fuji Sangyo Yaponiya hökumətinin anti-dzaybatsu qanunvericiliyinin Korporativ Kreditlərin Yenidən Qurulması Qanununa uyğun olaraq 12 kiçik korporasiyaya bölündü. 1953-1955-ci illərdə bu korporasiyalardan beşi və yeni yaradılmış bir korporasiyanın birləşməsi ilə Fuji Heavy Industries yarandı. Bu şirkətlər - skuter istehalçısı Fuji Kogyo, kuzov istehsalçısı Fuji Jidosha, mühərrik istehsalçısı Omiya Fuji Kogyo, şasi istehsalçısı Utsunomiya Sharyo və Tokyo Fuji Sangyo Trading şirkəti idi.

Həmin dövr üçün Fuji Heavy Industries-in baş icraçı direktoru Kenji Kita yeni qurulmuş şirkəti avtomobil istehsalı sahəsinə yönəltmək istəyirdi və tezliklə şirkət P-1 kod adlı prototipin hazırlanmasına başladı. Kita, P1-in adlandırılması ilə bağlı təklifləri üçün şirkətə müraciət etdi, lakin təkliflərin heç biri kifayət qədər cəlbedici gəlmədi. Sonda o, şirkətə bir müddətdir ki, "ürəyində əzizlədiyi" o adı verdi: Subaru, hansı ki, Ülkər ulduz topasının yapon adıdır. İlk Subaru avtomobili Subaru 1500 (1954) adlandırıldı və çoxsaylı təchizat problemlərinə görə cəmi iyirmi ədəd istehsal edildi. Sonradan, şirkət kiçik və hava hava soyutma mühərrikinə malik 360 (1958), Sambar (1961) və 1000 (1965-ci ildə ilk dəfə Subaru Bokser mühərriki ilə təqdim edildi) daxil olmaqla onlarla avtomobil modeli istehsal etdi. left|thumb|250x250px|Subaru 1500/P-1 (solda) və Subaru 360 (sağda)

Sonrakı ortaqlıqlar

thumb|297x297px|Subaru Impreza əsaslı Saab 9-2X Aero Nissan-ın Renault ilə ittifaqından sonra onun FHI-dakı payı 1999-cu ildə General Motors-a satıldı. General Motors-dan Troy Klark Fuji Heavy Industries-in korporativ idarə heyətində nümayəndə kimi işləyirdi. Bu müddət ərzində Subaru Baja (2003) və Tribeca (2005) modellərini təqdim etdi. General Motors idarəsi altında Subaru Forester Hindistanda Chevrolet Forester, və bunun qarşılığında Opel Zafira Yaponiyada Subaru Traviq olaraq satıldı. 2-ci nəsil Suzuki Swift və 1-ci nəsil Suzuki Ignis avropada ardıcıl olaraq 2-ci və 3-cü nəsil Subaru Justy olaraq satıldı. Həmçinin, 2002-ci ildə Yapon bazarı Legacy Turbo platforması əsaslı Chevrolet Borrego krossover tipli kupe/pikap konsepti təqdim edildi. ABŞ-da Impreza-nın yenidən markalandırılmış variantı, Saab 9-2X modeli satışa çıxarıldı. Bir SUV (Subaru Tribeca/Saab 9-6X) modeli də planlaşdırılırdı, lakin Saab versiyası ləğv edildi və dizayn üslubu 2008-ci ildə yenilənmiş Tribeca üçün yenidən istifadə edildi. left|thumb|250x250px|Subaru BRZ, Toyota və Subaru tərəfindən birgə hazırlanmış avtomobil. GM 2005-ci ildə FHI-dakı səhmlərini ləğv etdi. Subaru-nun Saab 9-2x üçün ehtiyat hissələri təmin etməsindən başqa demək olar ki, bütün Saab-Subaru birgə layihələri dayandırıldı. Toyota Motors GM-in FHI səhmlərinin 40%-dən bir qədər çoxunu aldı, bu da FHI-nin 8,7%-ni təşkil edir. (GM-in qalan səhmləri Fuji səhmlərinin geri alınması proqramı ilə qaytarıldı.) O vaxtdan Toyota və Subaru 2007-ci ilin aprel ayından başlayaraq Subaru-nun İndiana, ABŞ zavodunda Toyota Camry-nin istehsalı də daxil olmaqla bir sıra layihələrdə əməkdaşlıq etdilər. 2008-ci ildə Subaru Exiga modelini təqdim etdi. thumb|297x297px|Subaru Solterra Toyota 2008-ci ilin iyul ayında FHI səhmini 16,5%-ə qədər artırdı. Sonradan Toyota və Subaru birlikdə ilk dəfə 2012-ci ilin yanvarında satılan Subaru BRZ-nin istehsalına başladılar. Toyota BRZ modelini 2016-cı ilə qədər Scion FR-S olaraq satdı, lakin 2016-cı ildə Scion-un bağlanması səbəbindən onun adı Toyota 86 olaraq dəyişdirildi. Toyota-nın artan mülkiyyətindən Subaru da bəyan etdi ki, onlar artıq öz Kei avtomobillərini və yük maşınlarının istehsalına davam etməyəcək, onun əvəzinə Toyota-nın Daihatsu şirkətinin yenidən markalandırılmış modellərini satacaqlar. Bu, kiçik istehsalçı Subaru-ya əsas diqqəti Bokser mühərrikli ailə avtomobillərinə cəmləşdirməyə imkan yaratdı. Subarunun öz kei avtomobillərinin sonuncusu, bu kateqoriyada 54 illik fasiləsiz istehsaldan sonra 2012-ci ilin martında istehsalı dayandırılmış altıncı nəsil Subaru Sambar oldu.

2021-ci ildə Subaru və Toyota-nın ortaq layihəsi Toyota bZ4X konsept modeli təqdim edildi. 2022-ci ilin ortalarından Toyota bZ4X və Subaru Solterra modelləri Yaponiya, ABŞ, Kanada, Avropa və Çin bazarlarında satışa çıxarıldı. bZ4X və Solterra modellərində Subaru-nun "Subaru Safety Sense" təhlükəsizlik sistemi standartdır və Subaru tərəfindən dizayn edilmiş tam ötürücülü modellərində Subarunun X-Mode ötürücü sistemi mövcuddur.

Marketinq Subaru-nun keçmişdə istifadə etdiyi bəzi reklam şüarlarına aşağıdakılar daxildir: “Ucuzdur və bu şəkildə qalmaq üçün yaradılmışdır” (ABŞ 1970-ci illər – 1980-ci illərin əvvəlləri), “Dünyanın ən sevimli tam ötürücülü avtomobili” (Böyük Britaniya), “Plus on y pense” , plus on a le goût de la conduire" (Fransızca: "Onun haqqında nə qədər çox fikirləşsəniz, o qədər çox sürmək istəyərsiniz.") Fransız Kvebekində, "Biz daha yaxşı avtomobil düzəldərək reputasiyamızı yaratdıq", "Nə sürmək lazımdır", "Tam Ötürücünün gözəlliyi", "Düşün, hiss et, sür", "Hərəkətdə güvən" (ABŞ 2010-cu illərin əvvəlləri) və Şimali Amerikada hazırda "Sevgi. Subaru-nu Subaru edən budur", Böyük Britaniyada "Qeyri-adi mühəndislik, qeyri-adi sabitlik, qeyri-adi yol tutma, qeyri-adi hiss" və Cənub-Şərqi Asiyada "Hərəkətdə Sizə Güvən verən Texnologiya".

Automotive Lease Guide-a (ALG) əsasən, Subaru 2009-cu il modelləri üçün bütün avtomobil sənayesi arasında ümumi proqnozlaşdırılan ən yüksək yenidən satış qiymətlərinə malik avtomobillərdə ikinci yeri tutdu. Mükafatlar seqment rəqabəti, avtomobilin tarixi performansı və sənaye trendləri diqqətlə öyrənildikdən sonra verilir. J.D. Power and Associates tərəfindən 2008-ci ildə Müştəri Saxlanma Dərəcəsi Araşdırması üçün aparılmış araşdırmaya görə, Subaru 50,5% səviyyəsində dərəcələndirilib.

Subaru Gainax ilə birgə hazırladığı "Wish Upon the Pleiades Hōkago no Pleiades" (放課後のプレアデス, Hōkago no Pureadesu, "Dərs Sonrası Pleiades") animasiya seriyasını təqdim etdi. Subaru baş perosanjlı maho-şoco süjetində 4 hissədən ibarət mini epizod seriyası 1 fevral 2011-ci ildə YouTube-da yayımlandı.

Cari əməliyyatlar Subarunun korporativ qərargahı Tokionun Ebisu şəhərində yerləşir.

İstehsal müəssisələri 2016-cı ilin əvvəllərində Subaru avtomobillərinin 75%-nin beynəlxalq satışının keçirilməsi ilə digər yapon rəqiblərindən fərqlənirdi. Subaru-nun avtomobil istehsalı üçün nəzərdə tutulmuş təsisləri Ota, Qunma prefekturasında yerləşir və dörd məntəqədən ibarətdir: Subaru-chō Subaru BRZ/Toyota 86-nın istehsal edildiyi; daha əvvəl Kei avtomobillərinin istehsalı üçün nəzərdə tutulmuş Yajima Zavodu hazırda bütün mövcud Subaru avtomobillərinin istehsal edildiyi; Otakita Zavodu kommersiya kei yük maşınlarının istehsal edildiyi (daha əvvəl Nakajima Təyyarə Şirkətinin yeri); və Qunma prefekturasının Oizumi şəhərindəki Oizumi zavodu mühərriklərin və transmissiyaların istehsal edildiyi yerdir.

Subarunun əsas xaricdəki istehsal müəssisəsi İndiana ştatının Lafayette şəhərində yerləşir; zavod Subaru of Indiana Automotive, Inc adlanır.

Asiyada Subaru Yaponiyadan kənar bir çox Asiya ölkələrində Subaru avtomobilləri, ehtiyat hissələri və aksesuarları Honq-Konqun tam mülkiyyətində olan və baş ofisi Sinqapurda yerləşən Tan Chong International Limited-in Motor Image Group törəmə şirkəti tərəfindən təmin edilir.

Subaru Filippin əməliyyatlarına 1996-cı ildə Columbian Motors Philippines mülkiyyəti altında başlamış, lakin 2000-ci ildə geri çəkilmişdir. Subaru modelləri 2000-2005-ci illərdə müvəqqəti olaraq GM Autoworld dilerlərində satılmışdır. Marka 2006-cı ildə Motor Image Pilipinas, Inc.-in yeni rəhbərliyi altında bazara yenidən daxil oldu. Hazırda Subaru-nun ölkədə on yeddi dileri var və son illərdə bazarda öz SUV sıralarında populyarlıq qazandı. Forester və XV onların ən məşhur satış modellərindəndir.

Subaru bir vaxtlar Cənubi Koreyada 2009-cu ildə Seulun Yonsan şəhərində Choi Seung-dal rəhbərliyi altında mövcud idi. Satışlar 2010-cu ilin aprelində Cənubi Koreya bazarı üçün ilkin sıra kimi Legacy, Outback və Forester ilə başladı. Onlar Toyota, Honda, Nissan və Mitsubishi-dən sonra daxil olan beşinci Yapon avtomobil istehsalçısı idilər. Şirkətin bildirdiyinə görə, onlar Hyundai və Kia-nın bazarda hökmranlığı səbəbindən bazara girişlərini gecikdiriblər. 2012-ci ilə qədər Subaru Koreya aşağı satışlar səbəbindən 2013-cü ildə avtomobil modellərinin satışını dayandıracaqlarını açıqladı.

23 aprel 2019-cu ildə Subaru rəsmi olaraq Lat Krabang, Banqkok, Tailandın istehsal zavodunu istifadəyə verdi, zavod 74,9%-inə sahib olan Subaru Corporation və Honq-Konqun tam mülkiyyətində olan Tan Chong International (TCIL) şirkətlərinin birgə müəssisədir. Zavod əvvəllər Mitsubishi Fuso zavodu idi, Subaru avtomobillərinii Avstraliya və Yeni Zelandiya da daxil olmaqla Asiya bazarlarına tədarük etməsi üçün yenidən təyin edildi. TCIL şirkətinin baş icraçı direktoru Glenn Tanın mediaya verdiyi müsahibəyə görə, zavod ildə maksimum 100.000 avtomobil və maksimum 4 model istehsal ediləcək. 2019-cu ildə hazırkı istehsal yalnız Forester modeli üçün 6000 avtomobil planlaşdırılır.

İndoneziya PT Plaza Auto Mega tərəfindən 2020-ci ilin fevral ayından dəstəklənir.

Böyük Britaniyada Subaru 1974-cü ildə Robert Edmiston idman avtomobilləri istehsalçısı Jensen Motors-da maliyyə direktoru idi. Şirkət iflasa uğrayanda o, Subaru və Isuzu üçün Böyük Britaniya franşizini əldə etmiş International Motors-u qurmaq üçün 6000 funt sterlinq məbləğində işdən çıxma ödənişindən istifadə etdi. Coleshill-də yerləşən şirkət hələ də Böyük Britaniyada Subaru üçün əsas şirkətdir.

Avstraliyada Subaru Subaru Avstraliyada 1950-ci illərin ortalarından 360 və FF-1 Star 1000 modellərinin idxalı ilə fəaliyyət göstərir. Rəsmi əməliyyatlar 1973-cü ildən başlayıb və ölkə daxilində çoxsaylı sərgi salonları var.

Amerika Birləşmiş Ştatlarında Subaru