JScript — Microsoft şirkətinin skriptli proqramlaşdırma dili. JScript dilinin sintaksisi Netscape şirkətinin JavaScript dilinin sintaksisinə çox bənzəyir. Veb-səhifəyə müştəri skriptləri əlavə etməkdən savayı (Mozilla layihəsinədək JavaScriptin yeganə funksiyası bundan ibarət idi), JScript başqa məqsədlər üçün də istifadə oluna bilər (məsələn, Microsoft Windows sistemlərinin inzibatçılığını avtomatlaşdırmaq: ASP səhifələri yaratmaq). JScript dilində yazılmış aşağıdakı proqram nümunəsində ekrana dialoq boksu çıxarılır(// simvollarından sonrakı yazılar şərhdir): // Dəyişənin elan olunması var strMessage;
// Dəyişənə qiymət mənimsədilməsi strMessage = "Çox mal haramsız olmaz, çox söz yalansız";
// Məlumatın ekrana çıxarılması WScript.echo(strMessage); İstinadlar
Ədəbiyyat İsmayıl Calallı (Sadıqov). "İnformatika terminlərinin izahlı lüğəti". "Bakı" nəşriyyatı, 2017, 996 s. Xarici keçidlər
Kateqoriya:JavaScript proqramlaşdırma dili ailəsi Kateqoriya:Proqramlaşdırma dilləri Kateqoriya:Terminologiya Kateqoriya:Microsoft Kateqoriya:Skript dilləri