Artım dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 2734,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında zirvə. Parağaçay qəsəbəsindən 1,8 km cənub-şərqdə, Gurdağdan 600 m cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının maili şimal-şərq qanadında yerləşir. Zirvə hissəsində şimal-qərb istiqamətli fay qırılması müşahidə edilir. Şimal-şərq yamacında Kələki lay dəstəsinin süxurları Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qabbro və qabbro-dioritlərilə yarılmışdır, qərb yamacında isə andezibazalt tərkibli intruziv kütlə açılır.
Həmçinin bax Gədikdağ Gəlinqaya (Şahbuz) Keçəldağ (Şahbuz) Maparax Qapıcıq dağı
İstinadlar
Kateqoriya:Ordubad rayonunun dağları Kateqoriya:Azərbaycan coğrafiyası