250px|thumb|right|Maarifçilik səviyyəsi ilə israfçılıq arasında asılılıq Maliyyə savadlılığı — Maliyyə savadlılığı fərdlərin büdcə, qənaət, borc alma və investisiya kimi təməl maliyyə anlayışları mövzusunda real iqtisadi şərtləri də nəzərə alaraq qəraralma qabiliyyətidirAzərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat İnstitutu, k.e.i Hacıyev Murad Zaman oğlu, http://economics.com.az/index.php/kitabxana/bizim-s-rl-r/meqaleler/item/841-maliyyae-savadl-l-zhh-n-n-insanlar-n-maliyyae-davran-shlar-na-taesiri.html . İnsanların şəxsi maliyyə vəziyyətini necə idarə edəcəyi qabiliyyətini göstərən bir səviyyədir. Gündəlik həyatda insanlar qarşılaşdığı maliyyə vəziyyətlərinə qarşı öz problemlərini necə həll edə bilmə və planlı bir şəkildə qərarlar almanı göstərən kafilik, ya da qabiliyyətidir. Düzgün maliyyə qərarlarının verilməsi və fərdlərin maddi rifahının yaxşılaşdırılması üçün zəruri olan məlumatlılıq səviyyəsi, bilik, bacarıq, baxış və davranışlar toplusudurMurad Hacıyev, Maliyyə savadlılığının insanların maliyyə davranışlarına təsiri. http://www.xural.com/maliyy%C9%99-savadliliginin-insanlarin-maliyy%C9%99-davranislarina-t%C9%99siri/ . İƏİT – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ( Organization for Economic Co-operation and Development, OECD – demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilat) maliyyə savadlılığını bu şəkildə ifadə edir: "Maliyyə istehlakçılarının öz rifah hallarını yaxşılaşdıra bilmək üçün maliyyə məhsulları və konsepsiyalarını başa düşmək, maliyyə risklərini və imkanlarını qiymətləndirmək, məlumatlı seçimlər etmək və digər səmərəli addımlar atmaq üzrə bacarıqlar toplusudur". Maliyyə savadlılığı anlayışı ABŞ və Avstraliyada Financial literacy (maliyyə savadlılığı), Kanada və İngiltərədə Financial capability (maliyyə qabiliyyəti) olaraq təyin olunmaqdadırMurad Hacıyev, Maliyyə savadlılığının insanların maliyyə davranışlarına təsiri http://economics.com.az/images/fotos/elmi_eserler_pdf/2017_1/34%20Heciyev_M.pdf . İstinadlar

Xarici keçidlər Uzunmüddətli qənaət və investisiyalar üçün maliyyə savadlılığı Maliyyə savadlılığı Mərkəzi Bank "Maliyyə savadlılığı" layihəsi çərçivəsində tədbirlərini davam etdirir Maliyyə savadlılığı. Layihə haqqında Elmin İnkişafı Fondu "Gənc alimlər və maliyyə savadlılığı" "Gənc alimlər və maliyyə savadlılığı" müsabiqəsi elan edilib Finansal okuryazarlık nedir? Finansal Okuryazarlık nedir ? What Is Financial Literacy? What Is "Financial Capability?" Financial capability Финансовая грамотность

Kateqoriya:Maliyyə Kateqoriya:Mərkəzi banklar Kateqoriya:İqtisadiyyat Kateqoriya:Maliyyə iqtisadiyyatı Kateqoriya:Təhsil