Ərəfsə körpüsü — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Ərəfsə kəndində tarixi abidədir. Həmçinin "Culfa körpüsü" adı ilə də tanınır.

Ümumi məlumat Ərəfsə kəndi ilə Korəhmər adlı ərazini birləşdirir. Əlincə çayı üzərindədir.

1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi tərəfindən tədqiq olunmuşdur.

Tarixi Səfəvilər dövründə, XVI–XVII əsrlərdə inşa edilmişdir.

Xüsusiyyətləri Körpü fərqli ölçülərdə olan çay və dağ daşlarından istifadə edilərək tac formasında inşa olunmuşdur. Tağları yonulmuş ağ daşlarla haşiyələnmişdir. Körpünün orta hissəsində isə xüsusi çay daşlarından istifadə olunmuşdur.

Körpünün torpağa bitişik hissələri çay yatağından 1,5 metr hündürlükdə inşa edilmişdir. Körpünün eni isə 7 metrdir.

Həmçinin bax Ərəfsə Ərəfsə piri

Kateqoriya:Culfa rayonunun abidələri