Yüksək keyfiyyətli çap (en. letter quality (LQ)) – matrisli printerdəki çapın yazı makinasında yazılmış mətnin keyfiyyətindən geri qalmayan keyfiyyəti. Adından göründüyü kimi (ingiliscə “letter” – “məktub”), belə çap keyfiyyəti işgüzar yazışmalara qoyulan tələblərə uyğun olur. Termin bir qədər köhnəlib, çünki lazerli və şırnaqlı printerlər daha yüksək keyfiyyətli çap təmin edir.
Ədəbiyyat İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kateqoriya:Printerlər