Atamız (Ey Atamız) — xristianlıqda ən çox yayılmış dua, İsanın Dağüstü moizəsindən gəlir. Hazırda 1,437 dilə və ləhcəyə tərcümə edilmişdir. Əhdi-Cədiddə iki variant var (Matta İncili 6:9–13 və Luka İncili 11:2–4). Azərbaycan tərcümələrindən biri: Ey göylərdə olan Atamız, İsmin müqəddəs tutulsun. Padşahlığın gəlsin. Göydə olduğu kimi, Yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver; Və bizə borclu olanları bağışladığımız kimi, Bizim borclarımızı da bizə bağışla; Və bizi imtahana çəkmə, Fəqət bizi hiyləgərdən xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.

İstinadlar

Xarici keçidlər Azərbaycanca (protestant versiyası) Kiril əlifbasında

Kateqoriya:Xristianlıq Kateqoriya:Əhdi-cədid Kateqoriya:Matfeyin İncili Kateqoriya:Xristian terminologiyası Kateqoriya:Rozari