Dağdağan aşırımı – Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin  suayırıcısında, Naxçıvançayın sol qolu Zərnətünçayın mənbə hissəsində aşırım (hünd. 2858,5 m).   Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Cənub-qərb yamacında vulkanogen törəmələr Orta Pleystosenin flüvioqlasial çöküntülərilə örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Zirvə hissəsindən submeridional istiqamətli qırılma pozulması keçir.

Həmçinin bax: Qapıcıq dağı Cindağ (Şahbuz) Ağrıdağ Ağqaya (Babək rayonu) aşırım Biçənək aşırımı Kilid dağı (Culfa)

İstinadlar

Kateqoriya:Şahbuz rayonunun dağları