Nağıyev Qəzənfər Piri oğlu () – sovet aqronomu, əmək qabaqcılı. Sosialist Əməyi Qəhrəmanı (1948).Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2005. — 2 cilddə. 2-ci cild. — Səh.: 61. — ISBN 5-8066-1468-9.
Həyatı 1915-ci il avqust ayının 13-də İrəvan quberinyasının Naxçıvan qəzasının Sust kəndində (hazırda Azərbaycan Respublikasının Naxçıvan MR-nın Babək rayonunda inzibati ərazi vahidi) anadan olub. 1932-ci ildə Naxçıvan rayonunun "26 Bakı komissarı" kolxozunda sıravi kolxozçu kimi əmək fəaliyyətinə başlamışdı. Eyni zamanda avtobaza müdiri və kərpic zavodunda direktor müavini işləmişdir. 1948-ci ildə yüksək əmək göstəricilərinə nail olmuşdur. 1948-ci il 17 avqust tarixində SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1963-cü ildən kooperativ malları ticarətində tədarükçü işləmişdir. 1991-ci il aprel ayının 11-də vəfat edib.
İstinadlar
Kateqoriya:SSRİ aqronomları Kateqoriya:Sosialist əməyi qəhrəmanları