Təbii yayılması Əsasən Sudanda yayılmışdır.
Botaniki təsviri Hündürlüyü 1 metr olan yarımkol və ya koldur. Yarpaqları 5 cüt, yarpaqcıqları enli, tərs-yumurtavari, ucdan dəyirmidir. Ləçəkləri qeyri bərabərdir. Paxlası yastı, oraqvari, iri, 3-4 sm uzunluğundadır. Avqust ayında çiçəkləyir.
Ekologiyası İşığa, istiyə, küləyədavamlı bitkidir. Torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması Mədəni halda Abşeronda Dendrologiya İnstitutunun təcrübə sahəsində becərilir.
İstifadəsi Yolların kənarlarında canlı çəpərlərin salınmasında, qrup əkinlərində istifadəsi məqsədyönlüdür.
İstinadlar
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov
Kateqoriya:Səna Kateqoriya:Filip Miller tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Asiya florası Kateqoriya:Afrika florası Kateqoriya:20–24 ID olan Taksonbar