Nəbi Koroğlu oğlu Tamayev () — çoban, Sosialist Əməyi Qəhrəmanı (1948).Наби Короглы оглы Тамоев на сайте podborslova.ru
Həyat və əmək fəaliyyəti Nəbi Tamayev 1887-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə "26 Bakı komissarı" kolxozunda başlamış, bu kolxozda çoban işləmişdir. 1947-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 avqust 1948-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Nəbi Tamayev 2 iyun 1957-ci ildə Babək rayonunda vəfat etmişdir.Tamayev Nəbi Koroğlu oğlu // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Naxçıvanlı Sosialist Əməyi Qəhrəmanları