Ləkətağ dağı – Culfada dağ (hünd. 2673,1 m). Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ qolunun suayırıcısında zirvə.   Ləkətağ kəndindən 4,2 km cənub-şərqdə, Boyəhməd aşırımından 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Ləkətağ-Göyçügüvey antiklinalının tağ hissəsində yerləşir. Yamaclarından şimal-şərq və cənub-şərq istiqamətli fay və fay-yerdəyişmə qırılmaları keçir. Şimal-qərb yamacında Üst Eosen yaşlı diorit, kvars-diorit tərkibli intruziv kütlə açılır.

Həmçinin bax Qazangöl Ağdağ (Ordubad rayonu) Cindağ (Ordubad)

İstinadlar

Kateqoriya:Culfa rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri