Qalina Manoxa-Zaxarova (qızlıq soyadı: Manoxa; d. 22 mart 1947; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Qalina Manoxa, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında qızıl medal qazanıb. Qalina Manoxa həm də Dünya Çempionatlarında 1 gümüş və 1 bürünc medala sahib olub.

Karyerası Qalina Manoxa, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu.

İstinadlar

Kateqoriya:1976 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:1976 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Kiyevdə doğulanlar Kateqoriya:Olimpiya qızıl medalına sahib Ukrayna idmançıları