Timo Verner (6 mart 1996-cı ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda və Almaniya milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusu.
Klub karyerası
VfB Ştutqart Verner Ştutqart klubu ilə debütünü 1 avqust 2013-cü ildə 2013-14 UEFA Avropa Liqası təsnifat mərhələsində Botev Plovdiv klubunaq qarşı oyunda etmişdir. 17 yaş, 4 ay və 25 günlüyündə meydana çıxan Verner rəsmi oyunlarda oyuna daxil olan ən gənc futbolçu kimi Bundesliqa klubu olan Ştutqart klubunun tarixinə düşmüşdür.
O, Bundesliqada debütünü 17 avqust 2013-cü ildə Bayer Leverkuzen klubuna qarşı oyunda etmişdir. Verner Bundesliqada ilk qolunu 22 sentyabr 2013-cü ildə Ştutqart klubu ilə Ayntraxt Frankfurt klubuna qarşı oyunda vurmuşdur. 10 noyabr 2013-cü ildə Verner Frayburq klubuna qarşı oyunda iki qolla yadda qalmışdır. O, ikinci və üçüncü qolun müəllifi olmuş və komandası 3-1 hesabı ilə qalib gəlmişdir. Bu nəticə ilə Verner Bundesliqa tarixində bir oyunda iki qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür.
Verner 18-ci ad günündə Ştutqart klubu ilə 2018-ci ilin iyun ayına qədər peşəkar müqavilə imzalamışdır. Amma Leypziq 2016-cı ilin yayında 10 milyon avro qarşılığında onu transfer etmişdir.
RB Leypziq 11 iyun 2016-cı ildə Verner RB Leypziq klubu ilə dörd illik müqavilə imzalamışdır. Transferin qiyməti 10 milyon avro olmuşdur. Verner RB Leypziq klubunun ən bahalı transferi kimi tarixə düşmüşdür.
Milli karyerası Verner Almaniya millisi ilə 2012 UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.
Verner 2017-ci ildə Yoahim Lövün rəhbərliyi altında 22 mart 2017-ci ildə İngiltərə milli ilə yoldaşlıq oyunu üçün, 26 mart 2017-ci ildə Azərbaycan millisi ilə 2018 Dünya Kuboku təsnifat mərhələsi oyunu üçün əsas milli komandaya çağırılmışdır. 25 iyun 2017-ci ildə Verner Konfederasiyalar Kubokunda Kamerun millisinə qarşı oyunda iki qolla yadda qalmışdır.
Klub statistikası
KlubMövsümLiqaKubokAvropaÜmumiOyunQolOyunQolOyunQolOyunQol Ştutqart2013–1430420203442014–1532310—3332015–163363110377 Totals9513613010414 RB Leypziq2016–17312110—3221 Ümumi karyera12634713013635
Milli komanda qolları
(Nəticələr və qollar Almaniya hesablamasının birinci siyahısındadır.) # Tarix Məkan Rəqib Hesab Nəticə Turnir 1. 25 İyun 2017 Fişt Olimpiya stadionu, Soçi, Rusiya <center>2–0 <center>3–1 2017 FİFA Konfederasiyalar Kuboku 2. <center>3–1 3. 29 İyun 2017 <center>3–1 <center>4–1
Uğurları Fərdi Fritz Valter Medalı 2013-cü ildə Qızıl (Kateqoriya U17) Fritz Valter Medalı 2015-ci ildə Gümüş (Kateqoriya U19)
İstinadlar
Xarici keçidlər
kicker profile
Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:RB Leypsiq FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Çelsi FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Tottenhem Hotspur FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Almaniya futbolçuları Kateqoriya:MLS futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Ştutqart FK futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:Almaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Almaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:2017 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:Futbol hücumçuları