Yalta (Krım) konfrası (, ) – 4–11 fevral 1945-ci ildə Yaltanın Livadiya sarayında keçirilmiş İkinci Dünya müharibəsinə dair konfrans.

Konfransın qərarları 1945-ci ilin fevralında Yaltada "Böyük üçlüyün" dövlət başçılarının (Çörçill, Ruzvelt və Stalin) yeni görüşü keçirildi. Krım konfransı adını almış bu konfransda qərara alındı ki, Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal edilməlidir. SSRİ, ABŞ və Böyük Britaniyadan başqa Fransaya da işğal zonası verilməlidir.

Almaniyadan təzminat alınmasının vacibliyi də qeyd olundu. Belə ki, konfrans qərara aldı ki, Almaniya 20 milyard dollar təzminat ödəməlidir və bunun da, 10 milyard dolları SSRİ-yə çatmalı idi. Konfransda SSRİ qərb sərhədlərinin tanınmasına nail oldu. Bununla yanaşı, SSRİ Almaniya ilə müharibə qurtarandan 2-3 ay sonra Yaponiyaya qarşı müharibəyə başlamaq barədə götürmüş olduğu öhdəliyə sadiq qaldı. İosif Stalin bunun müqabilində Cənubi Saxalin, Kuril adaları, Mancuriyada Cənub-Şərqi Çin dəmir yolu və Port-Arturun SSRİ-yə verilməsini tələb etdi. Konfransda "Azad edilmiş Avropa haqqında bəyannamə"də qeyd edildi ki, qitə xalqlarının arzularına uyğun demokratik təsisatlar qurmasına təminat veriləcəkdir. Konfransda gələcək Birləşmiş Millətlər Təşkilatının iş qaydaları müəyyənləşdirildi. Yalta konfransının qərarlarının təsdiqi 1945-ci ilin 17 iyul-2 avqustda keçirilmiş Potsdam konfransının qərarları oldu.

Həmçinin bax Potsdam konfransı İkinci dünya müharibəsi zamanı keçirilən konfransların siyahısı

Xarici keçidlər

Minutes of the conference Combined Arms Research Library Foreign relations of the United States. Conferences at Malta and Yalta, 1945 Protocol of proceedings of Crimea Conference MilitaryHistoryOnline Yalta Conference How good was the Good War? The Division of Europe Online Documents Collection Special German series 2. The Committee on Dismemberment of Germany Allied discussions on the dismemberment of Germany into separate states, March 29, 1945. The committee was ordained at Yalta. Yalta casts its shadow 60 years on, BBC, February 7, 2005 Scientific conferences devoted Yalta 2004-2010; Yalta-45|13 EDSITEment lesson plan Sources of Discord, 1945-1946 How good was the Good War?

Kateqoriya:Konfranslar Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Avropa tarixi Kateqoriya:1945-ci ildə SSRİ Kateqoriya:SSRİ-nin xarici siyasəti Kateqoriya:Birləşmiş Krallığın xarici siyasəti Kateqoriya:ABŞ-nin xarici siyasəti Kateqoriya:Birləşmiş Krallıq–SSRİ münasibətləri Kateqoriya:ABŞ–SSRİ münasibətləri Kateqoriya:BMT konfransları Kateqoriya:İosif Stalin Kateqoriya:Rusiyanın çoxtərəfli münasibətləri Kateqoriya:İkinci Dünya müharibəsindən sonra Kateqoriya:Polşa–Birləşmiş Krallıq münasibətləri Kateqoriya:İkinci Dünya müharibəsinin müqavilələri