Sətir nömrəsi () – mətn emalı proqramı tərəfindən sətrə verilən və həmin sətrə baxış, onun redaktəsi və ya çapı zamanı istifadə olunan ardıcıl nömrə. Bəzi mətn redaktorları və ya prossesorları sənədlərdə sətirlərə nömrələri avtomatik olaraq verilmiş addımla qoya bilir. BASIC dilində yazılmış proqramlarda sətir nömrəsi hər bir sətrə verilir, sətirlərin nömrələnməsi, adətən, 10-un misilləri olur ki, yazılmış sətirlər arasına yeni sətirlər artırmaq imkanı olsun.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Kateqoriya:İnformatika Kateqoriya:Proqramlaşdırma Kateqoriya:Microsoft Office Kateqoriya:Mətn redaktorları Kateqoriya:Mətn prosessorları