Ümumdünya İslam Konqresi (, — hərfi mənada İslam Dünyası Konqresi, qısaca ÜİK) — beynəlxalq islam təşkilatlarının ən qocamanıdır. ÜİK 1926-cı ildə Səudiyyə Ərəbistanı kralının təşəbbüsü ilə yaradılmışdır, lakin geniş fəaliyyətə ancaq 1949-cu ildə Kəraçidə keçirilən konfransdan sonra başlamışdır. 36 dövlətin nümayəndələrini birləşdirir. Konqresin fəaliyyətinə hər il müsəlmanların Məkkə ziyarəti başa çatdıqdan sonra toplaşan ali şura rəhbərlik edir. ÜİK bir sıra tədqiqat mərkəzləri vasitəsilə islam tarixi, müsəlman ehkamçılığı, fəlsəfə sahəsində tədqiqatlara rəhbərlik edir. İslam mövzusunda nəşrlər (o cümlədən "Müsəlman aləmi" jurnalını) buraxır. "İslamın səsi" verilişlərini təşkil edir.

Kateqoriya:İslam təşkilatları Kateqoriya:İslam tarixi Kateqoriya:Beynəlxalq konfranslar Kateqoriya:Fələstin tarixi