Göycələr dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1193,3 m).  Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ  qolunun cənuba istiqamətlənmiş Gəvək şaxəsinin şərq yamacında zirvə. Gilançayın sağ sahilində, Biləv kəndindən 3,5 km-dək cənub-qərbdədir. Zirvə hissəsi Alt Miosen yaşlı subqələvi bazalt tərkibli, ellipsvari kiçikölçülü sillə təmsil olunmuş günbəzvari yüksəklikdir. Yamaclarında Orta Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir.  

Həmçinin bax: Ağdaban dağı Xarxat dağı Bərdidaş dağı İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları