Urmis — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kənd inzibati ərazi vahidində kənd.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı: Şərq-qərb, 2007, s. 255-256 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kənd inzibati ərazi dairəsi tərkibindəki Urmis kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır.
Coğrafi mövqeyi Dağətəyi ərazidədir.
Adının mənşəyi Oykonim türk dillərindəki ur/or (biçin, biçmək) və miz (düz, çöl) komponentlərindən düzəlib, "biçilən çöl, biçənək" mənasındadır. Kəndin ərazisində biçənək olduğu üçün belə adlanırdı. Bir başqa ehtimalla toponim rumlu mənasında izah edilir.Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. 4 hissədə. III hissə. Bakı, "Oğuz eli", 1998
Tarixi XIX əsrdə - çar Rusiyası dövründə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indiki Ermənistanın Sisyan rayonunda) kənd adı olub. İrmis kimi də xatırlanır. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Osmanlıdan gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Artaşat adlandırılmışdır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ordubad rayonunun ləğv olunmuş kəndləri