Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində dağ (hünd. 1316,7 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ  qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin  terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir.  Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir.

HƏRƏMİ DAĞI – Ordubad rayonu ərazisində Haramı dağının əhali arasında işlədilən başqa adı.

Həmçinin bax: Almalıdağ Xarxat dağı Kəsəndağ Keçəltəpə Arısu Haramı aşırımı

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları