Böyük Plini (); əsl adı Qay Plini Sekund (; ) — Qədim Roma yazıçısı və filosofu.

Təbiət tarixi Bir çox yüzilliklər ərzində "Təbiət tarixi" () əsəri avropalıların maddi aləm haqqında aldıqları biliklərin ən mühüm mənbəyi olmuşdur. Əsər 36 kitabdan ibarətdir. Burada Plini kainatın Roma və yunan filosoflarının təssəvvür etdiyi formadakı təsvirini verirdi. Kainatı özünün gördüyü kimi təsvir edirdi. Onun birinci kitabına astronomik və fiziki müşahidələrə dair məlumatlar var idi. Növbəti 4 kitab isə coğrafiyaya aid idi. Ayrıca bir kitab insana, dördü heyvanlar aləminə, səkkizi isə bitki aləminin təsfirinə həsr edilmişdi. Sonrakı on iki kitabda isə bitki və heyvan mənşəli dərmanlardan danışılırdı. Altı kitabdan ibarət seriya isə qeyri-üzvi təbiətə, yerin altındakı minerallara aid yazılmışdı.

İstinadlar

Kateqoriya:Qədim Roma tarixçiləri Kateqoriya:Qədim Roma filosofları Kateqoriya:Təbii fəlakətlərə görə ölənlər Kateqoriya:Latın dilində yazan yazıçılar Kateqoriya:Ensiklopediyaçılar Kateqoriya:Qədim Roma yazıçıları Kateqoriya:Latın tarixçiləri Kateqoriya:Mineraloqlar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri