Qarovulxana dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1442,7 m).  Zəngəzur silsiləsinin Dəmirlidağ-Göydağ  qolunun cənub istiqamətli Gəvək şaxəsinin suayırıcısında zirvə. Biləv kəndindən 4,5 km-dək qərb-cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin  vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerfləşir.

Həmçinin bax Xarxat dağı Quşqayası Gədikdağ Ağdağ (Ordubad rayonu) Cindağ (Ordubad)

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları