Vladimir Vladimiroviç Zayets () — Azərbaycanı təmsil edən yüngül atlet. 2008 və 2012-ci illərdə baş tutan Paralimpiya Oyunlarında medallara sahib olub.
Həyatı Vladimir Zayets 1981-ci il mayın 4-də Bakı şəhərində anadan olub.
Karyerası 2008-ci ilin avqust ayında Vladimir Zayets Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 6.80 metr nəticə ilə dördüncü pillənin sahibi olan Vladimir Zayets, üçtəjanla tullanma turnirində 15.00 metr nəticə ilə bürünc medala sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Vladimir Vladimiroviç Zayets "Tərəqqi" medalı ilə təltif edildi.
Daha sonra Vladimir Zayets 2012-ci ilin avqust ayında Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Üçtəjanla tullanma turnirində 15.01 metr nəticə ilə gümüş medala sahib olan Vladimir Zayets, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vladimir Vladimiroviç Zayets Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vladimir Vladimiroviç Zayets 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edildi.
2024-cü ildə Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında Zayetsin baş məşqçisi olduğu Səid Nəcəfzadə qızıl medal qazanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə Yay Paralimpiya Oyunlarında əldə etdiyi yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Vladimir Zayets 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib. Nəcəfzadənin məşqçisi kimi ona həmçinin 100.000 manat pul mükafatı verilib.
İstinadlar
Kateqoriya:Azərbaycanın paralimpiya atletləri Kateqoriya:2008 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2008 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2012 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2012 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Paralimpiya medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan paralimpiyaçıları