Gəncə-Qarabağ əyaləti () — Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi Gəncə şəhəri idi.
Gəncə-Qarabağ əyaləti (1588-1606) 1593-cü il tarixli icmal dəftəri qeydlərinə görə Gəncə-Qarabağ əyaləti 7 sancağa bölünürdü. Gəncə sancağı, Bərdə sancağı, Xaçın sancağı, Axıstabad sancağı, Dizaq sancağı, Həkəri sancağı, Vərəndə sancağı. Sancaqlar öz növbəsində nahiyələrə bölünürdü.«Ҝәнҹә-Гарабағ әјаләтинин муфәссәл дәфтәри» (latın əlif. «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri»). Bakı, "Şuşa" nəşriyyatı, 2000. «Ön söz» (kiril əlif. «Өн сөз»), Hüsaməddin Məmmədov (Qaramanlı). Bakı, 2 avqust 1999-cu il. səh. 3-22. Gence-Karabağ eyaletinin Mufassal Defteri. İstanbul, Başbakanlık Osmanlı Arşivi, Tahrir Defterleri, 903.
Gəncə-Qarabağ əyalətinin inzibati quruluşu Gəncə sancağı1. Gəncə nahiyəsi2. Gəncə Aranı nahiyəsi3. Dağlıq Gəncə nahiyəsi4. Şəmkir Aranı nahiyəsi5. Dağlıq Sunqur nahiyəsi6. Kürəkbasan Aranı nahiyəsi7. Şütür nahiyəsi8. Danqı nahiyəsi9. Zəyəm Aranı nahiyəsi10. Yevlaq nahiyəsi11. Tavus nahiyəsi12. Dəmirhəsən nahiyəsi Bərdə sancağı1. Bərdə nahiyəsi2. Sir nahiyəsi3. Pətəklik nahiyəsi4. İncərud nahiyəsi Xaçın sancağı1. Xaçın nahiyəsi2. Qaraağac nahiyəsi3. Ağcabədi nahiyəsi4. Dağlıq Çelaberd nahiyəsi5. Çelaberd nahiyəsi6. Qarqar nahiyəsi7. Mağavuz nahiyəsi Axıstabad sancağı1. Böyükçay nahiyəsi2. Quzey nahiyəsi3. Güney nahiyəsi4. Dağlıq İncə nahiyəsi5. İncə nahiyəsi Dizaq sancağı1. Arasbar nahiyəsi2. Dağlıq Dizaq nahiyəsi3. Dizaq nahiyəsi Həkəri sancağı1. Keştasf nahiyəsi2. Həkəri nahiyəsi3. Zarıs nahiyəsi4. Alpaut nahiyəsi Vərəndə sancağı1. Vərəndə nahiyəsi
Gəncə-Qarabağ əyaləti bəylərbəyləri Çərkəz Heydər paşa (1588-1590 Oktyabr) Davud paşa (Oktyabr 1590-1594 Aprel) Mahmud paşa (Aprel 1594-1596) Mustafa paşa (1598) Osman paşa (1596-1600) Məhəmməd paşa (1606)
Osmanlılar ikinci Gəncə-Qarabağ əyaləti (1727-1734) Gəncə-Qarabağ əyaləti 8 livaya (sancağa) bölünürdü. Gəncə livası, Bərdə livası, Xılxına livası, Bərgüşad livası, Çuləndər livası, Arazbar livası, Qarabağ livası, Bərgüşad livası əvvəl İrəvan əyalətinin tərkibində olmuş, sonra isə Gəncə-Qarabağ əyalətinə verildi. Gəncə-Qarabağ əyaləti 1344 kənd və məzradan ibarət idi.
Osmanlılar ikinci Gəncə-Qarabağ əyaləti bəylərbəyləri Məhəmməd Paşa (1724-15 iyun 1725)
Qəzaları Gəncə qəzası
İstinadlar
Kateqoriya:İrəvan əyalətinin qəzaları Kateqoriya:Əyalətlər Kateqoriya:1724-cü ildə yarananlar