Çarlz Entoni Riçard Hoar (Charles Antony Richard Hoare; ) — informatika və hesablama texnikası sahəsində ixtisaslaşmış britaniyalı alim.
Həyatı Çarlz Entoni 11 yanvar 1934-cü ildə anadan olmuşdur. "Sürətli çeşidləmə" (Quicksort) alqoritminin müəllifi olan Hoar proqramlaşdırma dillərinin yaradılması və təsviri sahəsində əldə etdiyi nailiyyətlərə görə 1980-ci ildə Türinq mükafatına layiq görülmüşdür.
Ədəbiyyat Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
İstinadlar
Kateqoriya:Moskva Dövlət Universitetinin məzunları