Gülzar Əliheydər qızı Mustafayeva (1958) — AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya elmlər doktoru.

Həyatı Gülzar Əliheydər qızı Mustafayeva 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Yaminov Heydər Əliyansar oğlu AzNeft mədənləri idarəsində quyuların yeraltı təmiri ustası olmuşdur. Anası Yaminova Ədilə Əliyansar qızı evdar qadın olmuşdur. Gülzar Əliheydər qızı Mustafayeva 1976-cı ildə Bakı şəhəri 204 saylı orta məktəbi bitirmişdir. 1982–ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. 1982-ci ildən AMEA Zoologiya İnstitutunun “Faydalı həşəratların introduksiyası və bioloji mübarizənin elmi əsasları“ laboratoriyasının laborantı və dissertantı olmuşdur. 1990-ci ildə “Şərqi Azərbaycanın afelinidləri (Hymenoptera, Aphelinidae) və onların faunası, ekologiyası, təsərrüfat əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (Bakı). 2017-ci ildə “Azərbaycanda kənd təsərrüfatı , park-dekorativ bitkilərinə zərər verən bərabərqanadlılar (Homoptera: Coccoidea, Aleurodidea, Aphidoidea), onların parazit və yırtıcıları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Elmi fəaliyyəti G. Ə. Mustafayeva 1982-1985-ci illərdə “Faydalı həşaratların introduksiyası və və akklimatizasiyası “ laboratoriyasında laborant, kiçik elmi işçi, 1990 - 2018-ci illərdə isə “Faydalı cücülərin introduksiyası və bioloji mübarizınin elmi əsasları“ laboratoriyasında böyük elmi işçi vəzifəsində calışmışdır. 8 noyabr 2018-ci ildən müsabiqə yolu ilə “Tətbiqi Zoologiya Mərkəzinin” aparıcı elmi işçisi seçilmiş, hazırda bu vəzifədə çalışır. 1990-cı ildə “Şərqi Azərbaycanın afelinidləri (Hymenoptera, Aphelinidae) onların faunası, ekologiyası və təsərrıfat əhəmiyyəti” mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, biologiya elmləri namizədi, 2017-ci ildə isə “Azərbaycanda kənd təsərrüfatı, park-dekorativ bitkilərinə zərər verən bərabərqanadlılar (Homoptera: Coccoidea, Aphidoidea, Aleurodidea), onların parazit və yırtıcıları” mövzusunda doktorluq işini müdafiə etmişdir. 2018-ci ilin iyulun 13-də biologiya elmləri doktoru elmi dərəcəsi almışdır. O işlədiyi müddətdə 8 elmi tədqiqat işi yerinə yetirmişdir. Hazırda isə “Şərqi Azərbaycanda bərabərqanadlı zərərvericilərin (Homoptera) entomofaqları, onların bioloji mübarizədə istifadəsi” elmi təqdqiqat işinin rəhbəridir. Apardığı çoxillik tədqiqatların nəticəsi 95 elmi məqalə və tezisdə, 4 elmi kütləvi kitabçada öz əksini tapmışdır. 3 buklet, 1 təqvim, 1 plakatın müəllifidir. Azərbaycanda bildirçinçilik və zəfərançılığın inkişafı ilə əlaqədar 5 elmi kütləvi kitabçanın müəllifidir. Müxtəlif xarici elmi fondlar tərəfindən maliyyələşdirilmiş 9 elmi layihənin rəhbəri və iştirakçısı olmuşdur. Xasiyyətnamə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etmək üçün verilir. 2018 ci ildən aparıcı elmi işçidir. 2020 ci ildən Quru onurğasızları laboratoriyasının müdiridir.

NATO qrantı “Azərbaycan koksinellidləri” (2003). Layihə rəhbəri; USAİD, Avrasiya fondu “Azərbaycanda bildirçinciliyin inkişafı” (2003). Layihə rəhbəri; CEPF-WWF “Hirkan meşələrinin qorunmasında bildirçinciliyin inkişafı alternativ gəlir mənbəyi kimi” (2005 - 2006). Layihə rəhbəri. BMT Xəzər ekoloji proqramı üzrə layihəsi “Fermerlərin ekoloji savadlandırılması” (2006-cı il). Layihə iştirakçısı. SRDF-BII, ABŞ, Luiziana ştatı, Yeni Orlean, Səyahət grantı (2007); BMT UNDP, “Zəfərançılığın inkişafı” (2010). Layihə iştirakçısı; BMT-nin İnkişaf Proqramı “Onların bizim köməyimizə ehtiyacı var (Qırmızı kitaba əsasən Azərbaycanın Lənkəran bölgəsində nəsli kəsilmiş və azsaylı həşaratlar haqqında)”, (2010), Layihə rəhbəri. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Ətraf mühitin mühafizəsi, ekologiyanin qorunmasında bioloji mubarizənin və əhalinin ekoloji savadlandırılmasının rolu“ ,Layihə rəhbəri. UETM Azərbaycanda texnogen radionuklidlərin və insektisidlərin yastıcaların (Homoptera,Coccoidea) entomofaqlarına təsiri . 2014-2016, Layihə rəhbəri. G.Ə.Mustafayeva “Alimlərin fermerlərlə əlaqəsinə yardım” ictimai birliyinin rəhbəridir. Azərbaycanda bildircinçiliyin və zəfərançılığın inkişafına töhfələr vermiş, bildirçinçilik və zəfərançılığın inkişafı ilə əlaqədar 5 elmi kütləvi kitabçanın müəllifidir. Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 15 elmi konqres, qurultay, konfrans və simposiumlarda iştirak etmiş, elmi məruzələrlə çıxış etmişdir. O cümlədən ABŞ-da, Türkiyə respublikasında, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində elmi səfərlərdə olmuşdur. Kitabları və monoqrafiyaları Mustafayeva G.Ə., Mustafayev D.V., Əhmədov B.Ə. “Bildirciliyin menecmenti” Elmi kütləvi kitabca. Bakı - 2003, 40 səh. Mustafayeva G.Ə., Mustafayev D.V., Əhmədov B.Ə. “Bildircincilik fermer təsərrüfatlarında biznesplanlaşdırma” Elmi kütləvi kitabca. Bakı, 2003, 37 səh. Mustafayeva G.Ə., Məmmədov Z.M., Mirzəyeva N.B. “Kənd təsərrüfatı zərərveriilərinə qarşı aparılan kimyəvi mübarizənin zərəri haqqında” Elmi kütləvi kitabca. Bakı-2007, 33 səh. Mustafayeva G.Ə., Məmmədov Z.M., Mirzəyeva N.B. “Bitki zərərvericilərinə qarşı inteqrir mübarizə haqqında biz nə bilirik”. Elmi kütləvi kitabca, Bakı - 2007, 48 səh. Mustafayeva G.Ə., Mirzəyeva N.B.“Parabüzənlərin həyatı və təbiətdə rolu”. Buklet. Bakı - 2007, 20 səh. Mustafayeva G.Ə., Məmmədov Z.M., Mirzəyeva N.B. “Faydalı həşəratların yaxın dostu olun”. Bakı – 2007, 14 səh. Mustafayeva G.Ə., Mustafayev D.V. “Bildirçinçilik gəlirli və perspektivli biznesdir”. Bakı - 2007, 33 səh. Mustafayeva G.Ə.,Mustafayev D.V. “Bildirçin əti və yumurtasının mialicəvi əhəmiyyəti”. Bakı -2007, 28 səh. Mustafayeva G.Ə., Məmmədov Z.M., Musayeva Z.Y. “Onların bizim köməyi-mizə ehtiyacı var”. Elmi kütləvi kitabca. Bakı, 2010, 31 səh. Mustafayeva G.Ə., Musayeva Z.Y. “Azərbaycanın gözəl kəpənəkləri”. Buklet. Bakı, 2010, 15 səh. Mustafayev D.V., Mustafayeva G.Ə. Elmi kütləvi kitabca “Azərbaycan zəfəranı”. Bakı, 2010, 23 səh. Mustafayeva G.Ə., Mustafayeva G.D. Plakat “Azərbaycanın Lənkəran zonasında nadir və nəsli kəsilmək təhlukəsi olan həşərat növləri ”. 2010. Mustafayeva G.Ə. Elmi kütləvi kitabca “Yastıcalara qarşı bioloji mübarizənin əhəmiyyəti” Bakı, 2013, 54səh. Mustafayeva G.Ə., Mustafayev D.V. Buklet “ Ətraf mühit və insektisidlər” Bakı, 2013, 16 səh. Мустафаева Г. А. Щитовки (Hemiptera: Diaspididae) Азербайджана, их паразиты и хишники. Almaniya . Lap Lambert Akademic Publishing, 21 янв. 2020, 126 стр.

Elmi əsərləri Мустафаева Г.А. Новый паразит гранатниковой щитовки Coccobius granati sp.n. (Hymenoptera, Aphelinidae). /Яснош В.А.// Зоологический журнал, том 71, Москва: Наука, 1992, с.142-144. Mustafayeva G.Ə. Lindorus entomofaqının bioloji mubarizədə istifadəsi./Rzayeva L.M. // Azərbaycan EA Xəbərləri, Biologiya elmləri seriyası, Baku: 1995, № 6, s. 58-60. Mustafayeva G.Ə. Abşeronda oleandr canaqlı yastıcası, onun entomofaqları və ona qarşı bioloji mübarizə. // Azərbaycan EA Xəbərləri, Biologiya elmləri seriyası, Bakı:1996, № 6, s. 30-32. Mustafayeva G.A. Abşeronun canaqlı yastıcalarının parazitləri - afelinidlər (Hymenoptera, Aphelinidae). / Məmmədova G.Ə.// Azərbaycanın Aqrar elmi jurnalı, 1999; № 3-4, s. 66-69. Mustafayeva G.Ə. Abşeronda gavalı vıə şaftalı yalançı çanaqlı yastıcaları (Sphaerolecanium prunastre Fonse, Parthenolecanium persicae F.), onların entomofaqları. / Rzayeva L.M. // Bilgi jurnalı, № 3, 2001, s.73-77. Mustafayeva G.Ə. Çanaqlı yastıcaların parazitləri - afelinidlər (Hymenoptera, Aphelinidae) / “Kimya, biologiya elmləri və təhsilinin aktu-al problemləri” Respublika elmi konfransının materialları, 2001, s.150-151. Мустафаева. Г.А. Carulaspis minima и ее энтомофаги на Абшероне. // Ekologiya, fəlsəfə, mədəniyyət elmi məqalələr məcmuəsi. Bakı: 2001, s.140-143. Мустафаева Г.А. Leucaspis pusilla и ее энтомофаги на Абшероне». // Ekologiya, fəlsəfə, mədəniyyət elmi məqalələr məcmuəsi. Bakı: 2001, s.145-149. Mustafayeva G.Ə. Şərqi Azərbaycanda yayılmış afelinidlərin zoocoğrafi xarakteristikası // Bilgi jurnalı, № 3, 2002, s. 86-88. Mustafayeva G.Ə. Abşeronda Qafqaz qovaq çanaqlı yastıcası (Diaspidiotus caucasicus Bor.), onun entomofaq cücüləri / XX əsrin sonunda heyvanlar aləminin öyrənilməsi və qorunması akademik M.Ə.Musayevin anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı: 2002, s. 182-184. Мустафаева Г.А. Калифорнийская щитовка (Diaspidiotus pernisiosus Comst.) и ее энтомофаги в условиях Апшерона / Мат. Докл. IV Межд. конф. «Биологическое разнообразие Кавказа», Махачкала: 2002, c. 201-203. Мустафаева Г.А. Зональное распределение афелинид Восточного Азербайджана // Ekologiya, fəlsəfə, mədəniyyət elmi məqalələr məcmuəsi. Bakı: 2003, s. 356-359. Mustafayeva G.Ə. Lənkəran zonasında qorxulu bitki zərərvericisi olan tut çanaqlı yastıcası (Pseudaulacaspis pentagona Targ-Tozzetti) və onun entomofaqları // Ekologiya, fəlsəfə, mədəniyyət elmi məqalələr məcmuəsi, Bakı: 2003, s. 92-95. Mustafayeva G.Ə. Lənkəran zonasında yayılmış çanaqlı yastıcalar (Homoptera, Diaspididae), onların parazit və yırtıcıları / Məmmədli G.S. // Azərbaycan Zooloq.Cəmiyyəti I Qurultayının materialları, Bakı:2003, s. 236-242. Mustafayeva G.Ə. Şərqi Azərbaycanda yayılmış afelinidlər (Hymenoptera, Aphelinidae) və onların sahibləri // Azərbaycan MEA Xəbərləri, Biologiya elmləri seriyası, Bakı: 2003, № 5-6, s. 70-75. Mustafayeva G.Ə. Şərqi Azərbaycanda ağqanadlılar, mənənələr və koksidlərin parazitləri – afelinidlər (Hymenoptera, Aphelinidae) // Azərbaycan MEA Xəbərləri, 2004, № 1-2, s. 91-101. Mustafayeva G.Ə. Azərbaycanın Quba-Xaçmaz zonasında alma vergulvari çanaqlı yastıcası (Lepidosaphes ulmi L.), onun parazit və yırtıcıları // Bilgi jurnalı, 2004, № 4, s. 64-68. Mustafayeva G.Ə. Azərbaycanın Lənkəran zonasında qızılgül çanaqlı yastıcası –Aulacaspis rosae (Bouche) və onun parazitləri // Bilgi jurnalı, 2004, № 6, s. 38-41. Mustafayeva G.Ə. Azərbaycanın Quba-Xaçmaz zonasında yalançı kaliforniya çanaqlı yastıcası – Diaspidiotus ostreaformis (Gurt) və onun entomofaqları // “Azərbaycanın meşə ekosistemləri” elmi praktik konfransın materialları, Bakı: 2004, s. 187-191. Mustafayeva G.Ə. Dəyirmi çanaqlı yastıcalara qarşı bioloji mübari-zədə yırtıcı böcək Rhizobius lophanthae-nin tətbiqi. /“Azərbaycan alim-lərinin sosial-iqtisadi inkişafda rolu” elmi-praktik konfransı, Bakı: 2005. Mustafayeva G.A. Citrus Fruit of Lankaran (Azerbaijan) in danger / Integrated Control in Citrus Fruit Grops”. Lisbon (Portugal), 26-27 September 2005, p.79-80. Мустафаева Г.А. О двух видах алейродид, вредящих насаждениям в Ботаническом саду НАН Азербайджана / Международная научная конференция “Интродукция и защита растений в ботанических садах и дендропарках“ 5-7 сентября 2006 г. Донецк: 2006, с. 354-357. Мустафаева Г.А. Фиолетовая (Parlatoria oleae Colve) и олеандровая (Aspidiotus nerii Bche.) щитовки и их энтомофаги в Ботаническом саду НАН Азербайджана / Международная научная конференция “Интродукция и защита растений в ботанических садах и дендропарках”, 5-7 сентября 2006, г. Донецк: 2006, с. 357-363. Мустафаева Г.А.Червецы (Homoptera, Coccoidea) Апшерона и использование против них интродуцированных хищников / Рзаева Л.М., Мамедова В.С., Исмаилова Г.А., Гамзаева Г.Ф. // Международная научная конференция “Интродукция и защита растений в ботанических садах и дендропарках ”, 5-7 сентября 2006, г. Донецк: 2006 , с. 381-385. Mustafayeva G.Ə. Bostan mənənəsi (Aphis gossypii Glov.) və onun entomofaqları. / İsmayılova G.Ə. // AMEA Zoologiya institutunun əsərləri, XXVIII cild, Bakı: 2006, s. 660-666. Мустафаева Г.А. Зоогеографическая характеристика афелинид (Hymenoptera, Aphelinidae) Азербайджана / Симпозиум стран СНГ по перепончатокрылым насекомым. Россия: Москва, 2006 г, с.61 Мустафаева Г.А. Лабораторное разведение и использование афелинид против щитовок /Эйюбова С.И.// Симпозиум стран СНГ по перепончатокрылым насекомым. Россия: Москва, 2006 г. с. 62.