İzoxət () — hər hansı bir kəmiyyətin coğrafi xəritədə, şaquli kəsikdə və ya qrafikdə eyni qiymətlərini göstərən xətt.Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 

İzoxətlərin növləri

İzoamplitudalar Xəritədə bu və ya digər meteoroloji kəmiyyətin amplitudasının bərabər olduğu nöqtələri birləşdirən xətlər.

İzoanemon Xəritədə küləyin ortaillik sürətinin müxtəlif qiymətini göstərən xətt.

İzobarlar İzobarlar () — xəritədə, müxtəlif diaqramlarda eyni barometrik təzyiqli məntəqələri birləşdirən xətlər. İzobatlar () — xəritədə su hövzələrinin (göl, dəniz, okean) eyni dərinlikdə olan nöqtələrini birləşdirən xətlər. İzotermlər — iqlim xəritələrində müəyyən vaxt içərisində orta temperaturu eyni olan yerləri birləşdirən xətlər. İzotermlər orta, illik, yanvar və iyul temperaturlarını göstərir. İzodenslər () — havanın, dağ süxurlarının xəritədə xətləri. İzofenlər — eyni mövsümi hadisə məntəqələrini birləşdirən xətlər (məs., botanikada: bitkilərin izofeni çiçəklənmənin eyni tarixləri). İzobazlar — xəritədə Yer səthinin dəniz səthinə nisbətən qalxdığı və ya çökdüyü bərabər olan nöqtələri birləşdirən xətlərdir. Eyni qalxma xətlərini birləşdirən xətlərə izobanazlar, eyni çökmə nöqtələrini birləşdirən xətlərə isə izokatabazlar deyilir. İzogipslər — xəritədə Yer səthinin dəniz səthindən eyni hündürlükdə olan nöqtələrini birləşdirən xətlər. İzogiyetlər () — vahid zamanda və ya orta çoxillik, aylıq, illik yağıntıların miqdarını göstərən izoxətlər. İzoxatlar — xəritədə küləyin sürəti eyni olan nöqtələri birləşdirən xətlər. İzoxionlar () — xəritədə qar sərhəddinin yüksəkliyini göstərən izoxətlər. İzokosmlar — xəritədə kosmik şüalanma gərginliyinin eyni olduğunu göstərən xətlər. İzoqalinlər () — xəritədə okeanlarda eyni duzluluğu göstərən nöqtələri birləşdirən xətlər. İzomer — yağıntıların aylıq miqdarı eyni olan məntəqələri birləşdirən xətt: ortaillik yağıntının miqdarına görə faizlə ifadə olunur. İzonaqlar — su hövzələrində eyni davamiyyətli buz örtüyünü göstərən izoxətlər. İzoneflər — xəritədə eyni buludluluq izoxətləri. İzopaqlar () — xəritədə su hövzələrində buz örtüyünün davamiyyətinin xəritədə izoxətləri. İzopektiklər () — xəritə üzərində suyun donma tarixini göstərən izoxətlər. İzopinklər () — xəritədə dəniz suyunun sızlığını göstərən izoxətlər. İzoseyslər — xüsusi xəritələrdə seysmik təkanların eyni gücdə qeyd olunduğu yerləri birləşdirən izoxətlər. İzotip — müxtəlif ölkələrdə və ya rayonlarda yayılan heyvan və ya bitki növ müxtəliflikləri. İzovela () — xəritədə küləyin eyni sürətli nöqtələrini birləşdirən izoxətt.

İstinadlar

Xarici keçidlər YER QABIĞINDA BAŞ VERƏN PROSESLƏR

Həmçinin bax İzobar İzoterm İzotermik proses

Kateqoriya:İzoxətlər