Nazim Bababəyli Səfərəli oğlu () — Coğrafiya üzrə fəlsəfə elmlər doktoru, dosent, Naxçıvan MR Ali Məclisinin deputatı.
Həyatı N. S. Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 1971–1975-ci illərdə ADPU-nun Coğrafiya fakültəsində təhsil alıb. 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasınin "Kaspi" mərkəzində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. Xarici ölkələrdə Rusiya, Türkiyə, İran, Gürcüstanda beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdirB. Budaqov. Azərbaycan Coğrafiyaçı alimləri.Bakı "Elmi"-2013 səh.102.
Elmi fəaliyyəti 1977–1978-ci illərdə Moskva şəhərində kiçik elmi işçi vəzifəsində çalışıb.
1978–1990-cı illərdə Kosmik Tədqiqatlar Elm və İstehsalat Birliyində mühəndis, kiçik elmi işçi, elmi işçi, laboratoriya rəisi, Elmi-Texniki Kompleksin rəhbərinin müavini vəzifəsində çalışıb.
1990-cı ildən Milli Aerokosmik Agentliyin Naxçıvan şöbəsində rəis vəzifəsində çalışıb.
2004-cü ildə "Araz çayının yuxarı hissəsinin ekoloji şəraiti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, eyni zamanda 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri olub.
2010-cu ildə Coğrafiya kafedrası üzrə dosent diplomu almışdır.
1994-cü ildə Naxçıvan şəhər Məclisinin, 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış, 2015-ci ildə V çağırış və 2020-ci ildə VI çağırış Naxçıvan MR Ali Məclisinin deputatı seçilib.
Avropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü idi.
Əsasən Aerokosmik tədqiqatlar, coğrafi və geoloji ekologiyaya həsr olunmuş 180-ə qədər məqalənin, o cümlədən 6 monoqrafiyanın, ali məktəblər üçün bir neçə proqramın müəllifidir.
"Naxçıvan" Universitetinin "Təbiət elmləri" kafedrasının müəllimi dosent vəzifəsində işləyirdi.Nazim Səfərəli oğlu Bababəyli
İstinadlar
Xarici keçidlər Nazim Səfərəli oğlu Bababəyli
Kateqoriya:1953-cü ildə doğulanlar Kateqoriya:AMEA Coğrafiya İnstitutunun alimləri Kateqoriya:Azərbaycan coğrafiyaşünasları Kateqoriya:Fəlsəfə elmləri doktorları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin IV çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VI çağırış deputatları