Şiləvəngə — Azərbaycan Respublikasının Yardımlı rayonunun Şiləvəngə kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Şiləvəngə kənd camaatı Cəlilabad rayonundakı Şiləvəngə kənd camaatı ilə qohumdur. Əski zamanlarda Cəlilabaddaki kənd qışlaq və Yardımlıdakı kənd yaylaq kimi istifadə olunurdu. İranın Germi bölgəsində də 6 kənd əhalisi (Salala, Daşdibi, Geygal, Qarabulağ, İlxanlar və Təzəkənd) Şiləvəngədən köçmədirlər və özlərini şiləvəngəli kimi tanıdırlar.

Oykonim talış dilinəki şilə (çuxur, çökək) və vəngə (yer) komponentlərindən düzəlib, "çuxur yer" və ya şilə (çubuqla hörülmüş bənd), məkan bildirən vən sözündən və –gə şəkilçisindən ibarət olub, "çubuqla hörülmüş bənd olan yer" kimi izah olunur. Yaşayış məntəqəsi həqiqətən də əkin sahələrini suvarmaq üçün bənd çəkilmiş çökək ərazidə yerləşir.'''Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh. 218.

Həmçinin bax

Şiləvəngə (Cəlilabad)

İstinadlar

Kateqoriya:Yardımlı rayonunun kəndləri