Sevda Ələkbərzadə () — Azərbaycan müğənnisi, caz, xalq musiqisi və muğam janrlarında ifa edir.
Həyatı Sevda Ələkbərzadə 1998-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsini bitirmişdir. 1991-ci ildə o, "Aypara" qrupunda ifaçı kimi fəaliyyətə başlamış, bir il "Aypara" qrupunda çalışdıqdan sonra fərdi ifaçılıqla məşğul olmuşdur. 1993-cü ildə RAST qrupunda solist-ifaçı kimi fəaliyyətə başlamışdır.
Bu dövrdə "Rast" musiqiçilərinin önəmli yeniliyi ondan ibarət idi ki, milli xalq musiqilərini dünya musiqiləri ilə sintez edərək, dinləyicilərə yeni bir üslub təqdim etmişdilər. S. Ələkbərzadə həmin ildə görkəmli muğam ustası Alim Qasımovdan fərdi muğam dərsləri almışdır. 2001-ci ildə "Rast" qrupunun tərkibindən çıxaraq fərdi ifaçılıq fəaliyyətinə başlayan S. Ələkbərzadə bəstəkar Cəmil Əmirovla birlikdə "Demə ki, sevirəm" adlı ilk layihəsi ilə çıxış etmişdir. Yazıçı Əbülhəsən Ələkbərzadənin nəvəsidir. Müğənni Elmira Ələkbərzadənin bacısıdır. Ailəlidir.
Fəaliyyəti O, 2002-ci ildə dünyanın məşhur caz ustalarının da iştirak etdiyi beynəlxalq caz festivalında iştirak edərək Azərbaycanı layiqincə təmsil etmişdir.
S. Ələkbərzadə ilk klipi Cəmil Əmirov bəstəsi ''Demə ki, sevirəm'' mahnısı olmuşdur. Ardınca, Salman Qəmbərov aranjımanında 'Əlvida'' mahnısıni klip şəklində təqdim etmişdir.
S. Ələkbərzadə 2004-cü ildə yaradıcılığında yeni bir mərhələ olan "Şəbi-Hicran" layihəsi ilə Dövlət Filarmoniyasının səhnəsində solo konsert ilə çıxış etmişdir.
2005-ci ildə Avropa Şurasına Azərbaycanın hədiyyəsi kimi Bethovenin "Sevinc odası" əsəri S. Ələkbərzadənin ifasında muğam caz stilində ilk dəfə təqdim edildi. Həmçinin bu əsərin sinql-diski də buraxıldı.
S. Ələkbərzadə 2005-ci ilin noyabr ayında İtaliyanın Florensiya şəhərində "İnstituto İtalyano" vokal kurslarında təcrübə keçmiş, Roma şəhərinin "Teatro-centrale" salonunda solo konsert ilə çıxış etmişdir.
Fransada keçirilən "Şərqin pop və rok musiqisi", "Radio France İnternational" müsabiqəsində iştirak edərək 350 iştirakçı qrup arasından seçilmiş 11 ən yaxşı qrup adına layiq görülmüşdür.
Sevda Ələkbərzadə İsveçrənin Bazel Konservatoriyasından təklif alıb. Belə ki, müğənni bir həftə ərzində sözügedən təhsil ocagında ustad dərsləri keçirəcək. Noyabr ayında nəzərdə tutulan səfər zamanı o, konservatoriyanın tələbələrinə müəllim edəcək.
Mügənninin tədris edəcəyi dərslər etnik caz musiqisinə həsr ediləcək. Daha sonra isə Sevda Ələkbərzadə İsveçrədə bir günlük konsert verməyi planına daxil edib.Sevda Ələkbərzadə müəllimlik edəcək Anspress. tarixi:2009.10.22
Sevda Ələkbərzadə 2010-cu ilin 25–27 mart tarixlərində Fransanın Marsel şəhərində keçirilən "Babel Med Music" dünya festivalında Azərbaycanı təmsil edib.Sevda Ələkbərzadə növbəti festivala hazırlaşırSevda Ələkbərzadə beynəlxalq festivaldan qayıdıb
Sevda Ələkbərzadə həmçinin 2012-ci ilin sentyabrında İsrailin Qüds şəhərində keçirilən beynəlxalq ''Jerusalem Sacred Music Festival'' musiqi festivalında Azərbaycanı təmsil etmişdir.
Albom 2005 Şəbi-Hicran
2006 Get
2007 Gül açdı
2009 Sevdalı dünya
2011 Intro
Videoqrafiya +SayKlipTarix01Demə Ki, Sevirəm200102Əlvida200203Məhəbbət Ki Dəb Deyil200304Ulu Vətən200305Mənimləsən200506Dəli Arzular200607Mən Səni Gözlədim200608Gündüz-Gece200909Arazbarı Zərbi-Muğam201410Sev Məni Bu Payız201411Sən Yadıma Düşəndə201712Şahzadə (Gəl, Yarım)201713Qal, Sənə Qurban201814Viranə201915İstəmirəm201916Demə202017Ulu Vətən ft. Ferman Akgül202018Əsgər Marşı ft. Brilliant Dadaşova, Tünzalə Ağayeva202019Hisslərim Dumanda202120Sən Yoluna202121Söylə Yadındamı202122Bilmirəm2022
Filmoqrafiya Əlvida, cənub şəhəri (film, 2006) Süni bənövşələr (film, 2007) İlahi məxluq (film, 2011)
İstinadlar
Xarici keçidlər Sevda Ələkbərzadə
Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Azərbaycan cazmenləri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Bakıda doğulanlar