Zağalar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağcakənd kənd inzibati ərazi dairəsində kənd.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Zağalar kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı.

Tarixi Bu kəndin ərazisində çox sayda zağalar vardır. Zağa əl ilə düzəldilmiş yaşayış yerinə, kahaya, mağaraya deyilir. Kəndin adı buradan götürülmüşdür.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.

Yaylaqlar Yal yurdu, Baş yurd, Ovluq yurdu, Dikdaş yurdu, Köhnə yurd.

Bulaqlar Turşsu, Daş bulaq, Qiblə bulağı, Şəfi bəyin bulağı, İsrafilin bulağı, İyli bulaq.

Məşhur yerlər Çeyilli dağı, Yelligədik dağı, Oyuxlu dağı, Qabanqayası dağı, Gödəkburun, Ardıştəpə, Gülüdüzü, Xırmantəpə, Ulduzlu təpə, Şəfi bəyin yurdu, Çiçəkli, Arayurd, Moruqluqaya, Xangələn, Canavarın yurdu, Seyidin yurdu, Berzinliqaya, Hüseynalıbiçən gəz, Xaçın çayı, Yellinin çayı, Çeyillinin çayı.

İstinadlar

Kateqoriya:Kəlbəcər rayonunun kəndləri